PDF Oxu

Sosial

  • 14

Parlament seçkilərində qəzetlər nə kimi prioritet əldə edə bilərlər?

Parlament seçkilərində qəzetlər nə kimi prioritet əldə edə bilərlər?


Bildiyiniz kimi, qarşıdan parlament seçkiləri gəlir. Qəzetlər bu seçkilərdə reklam əldə etmək baxımından nə dərəcədə yararlana bilər və redaktor olaraq, namizədliyinizi irəli sürmək fikrindəsinizmi? Bu suallarla KİV nümayəndələrinə müraciət etdik.

Vəli Vəliyev,
"Səs İnformasiya Agentliyi"nin icraçı direktoru:

- Bildiyiniz kimi, qəzetlə agentlik arasında təqdimatın və təbliğatın fərqli cəhətləri var. Bizimlə deputatlığa namizədliyini irəli sürən şəxs arasında müqavilələr ola bilər. SİA adından demək istəyirəm ki, biz də nəzərdə tuturuq ki, namizədliyini verən şəxslərin təbliğat kampaniyasında iştirak edək. Bu təbliğat kampaniyasında istənilən şəxs və müxtəlif partiyalar ola bilər. Amma düşünürük ki, subyektivliyə varmadan vaxtımızdan və imkanlarımızdan istifadə edib, Azərbaycana daha çox xeyir verəcək insanların seçimini edək.
Mənə gəlincə isə, qeyd etmək istəyirəm ki, parlament seçkilərində deputatlığa namizədliyimi irəli sürmək fikrim yoxdur. Ancaq hələ seçkilərə çox var və həmin müddətə qədər bu barədə düşünmək olar. Onu da qeyd edim ki, parlament seçkilərində namizədliyini dəstəkləcəyim insanlar var.

Aydın Quliyev,
"Bakı Xəbər" qəzetinin baş redaktoru:

- Əlbəttə, bu, bütün ölkə üçün və o cümlədən, qəzetlər üçün tarixi bir kampaniyadır. Bu, elə bir kampaniyadır ki, hər bir təşkilat və partiya özü üçün müəyyən şanslar axtarır. O cümlədən, qəzetlərin də müəyyən şansları var. Qəzetlər seçki kampaniyasına qoşulmaqla, müəyyən reklam gəlirlərinə sahib olmağa çalışırlar. Təbii ki, bizdə də belə bir təbii istək var. Deputatlığa namizədlərə bizim qəzetin reklam imkanlarından bəhrələnmək üçün hər cür şərait yaradacağıq. Biz çalışacağıq ki, seçki kampaniyasında, xüsusilə, reklam işlərində fəal şəkildə iştirak edək.
Birmənalı şəkildə qeyd edim ki, növbəti parlament seçkilərində iştirak etmək fikrim yoxdur. Mənim siyasi və ictimai baxışlarına hörmət etdiyim və özümə yaxın bildiyim həmkarlarımdan bu seçkilərdə iştirak edənlər olacaqsa, özümün və qəzetimin bütün imkanlarından onun seçki kampaniyasına dəstək verəcəyəm.

Digər xəbərlər