PDF Oxu

Sosial

  • 7

Əfv Fərmanı azadlığa çıxanların ailələri üçün iki qat bayrama səbəb oldu

Əfv Fərmanı azadlığa çıxanların ailələri üçün iki qat bayrama səbəb oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə humanist addım ataraq, azadlıqdan məhrum edilən 72 nəfərin cəzalarının çəkilməmiş hissəsindən azad edilmələri ilə bağlı əfv fərmanı imzalayıb. Bu fərman cəmiyyətdə milli birliyin möhkəmlənməsinə və insanların Prezidentə olan inam və etibarının daha da yüksəlməsinə, sevgisinin artmasına səbəb olub. Söhbət etdiyimiz millət vəkilləri, ayrı-ayrı partiya sədrləri əfv fərmanın Novruz bayramı ərəfəsi bir çox ailələrə sevinc bəxş etdiyini söylədilər.

Millət vəkili Fəzail Ağamalı:

- Bu əfv fərmanı onlarla ailəyə sevinc gətirdi. Bu, Novruz bayramı ərəfəsində hər bir ailənin bu və buna bənzər sevinci, şübhəsiz ki, əlamətdar hadisədir. Prezident cənab İlham Əliyevin bu addımı yüksək dəyərə və qiymətə layiqdir. Ölkə Prezidenti hər zaman atdığı humanist addımları indi də davam etdirir. Bütün xalqımız bu humanist addımlara görə, cənab İlham Əliyevə dərin minnətdarlıq bildirir və heç şübhəsiz ki, xalqımız Prezidentimizə minnətdardır. Bu əfv fərmanı azadlığa çıxanların ailələri üçün iki qat bayrama səbəb oldu. Onlar indi təkcə Novruz bayramını deyil, həmçinin, azadlığa buraxılan yaxınlarının da sevincini paylaşır və bölüşürlər. Əfv fərmanının imzalanmasından sonra müxalifət qəzetləri, hər zaman olduğu kimi, yenə də bəzi haqq-ədalətə uyğun olmayan sözlər, ifadələr işlədirlər. Bu isə, yenə də onların tutduqları səhv mövqedə, olduqlarını göstərir.
A
YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov:

- Cənab Prezident İlham Əliyev əfv fərmanını imzalamaqla neçə-neçə ailələrə xoşbəxtlik, səadət, xoş əhval-ruhiyyə qismət etdi. Bu yüksək səviyyəli atılan addımdır. Ulu öndərimiz Heydər Əliyevin təməlini qoyduğu bu humanist addımların atılmasını hazırda ümummilli lider Heydər Əliyev siyasətinə tam sadiq qalan və Onun siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev davam etdirir. Lakin atılan bu humanist addıma bəzi insanların, müxalifət qəzetlərinin qeyri- humanist yanaşması kökündən yanlış bir düşüncədir. Onlar heç vaxt haqqın nə olduğunu bilməyiblər. Onlar yollarını azıblar. Cənab Prezident, hər zaman olduğu kimi, bu gün də bir çox ailəni imzaladığı bu fərmanla sevindirdi.

YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov:

- Cənab Prezident İlham Əliyevin imzaladığı bu əfv fərmanı alqışa layiq bir addımdır. Əfv fərmanı ilə Prezident azadlığa çıxan insanların ailələrinə o qədər böyük sevinc bəxş etdi ki, bunu dillə ifadə etmək çətin olardı. Atılan addım təkcə indi deyil, əvvəllər də cənab İlham Əliyev belə sevindirici, humanist addımlar ataraq, ailələrə sevinc bəxş edib. 2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva Milli Məclisdə aministiya aktı ilə çıxış etmişdir. Bununla on minə yaxın insan cəzalarının çəkilməmiş hissəsindən azad edilmiş və ailələrinə qovuşmuşlar. Mehriban xanım Əliyevanın bu humanist addımı cəmiyyətdə böyük alqışa və sevincə səbəb olmuşdur. Prezident İlham Əliyevin addığı bu humanist addım ölkəmizin bütün ictimai-siyasi xadimləri tərəfindən yüksək qiymətləndirilir. Cənab İlham Əliyev hər zaman istəyib və çalışıb ki, xalqımızın hər bir üzvü daim sevinsin və gözəl əhval-ruhiyyədə olsun. Məhz buna görə də, Prezident dəfələrlə əfv fərmanları imzalayaraq, öz xalqına xoşbəxtlik, sevinc dolu anlar, dəqiqələr, saatlar, günlər, aylar, illər bəxş edib, edir və edəcək.

Digər xəbərlər