PDF Oxu

Sosial

  • 8

20 Yanvar faciəsinin ildönümü Səbail rayonunda geniş qeyd olundu

20 Yanvar faciəsinin ildönümü Səbail rayonunda geniş qeyd olundu
Dünən Səbail rayon icra hakimiyyətinin təşəbbüsü ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə görüş keçirildi. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının "Şəhidlər Xiyabanı"nda yerləşən və tədbir ərəfəsində rayon icra hakimiyyəti tərəfindən əsaslı təmir olunaraq, təşkilatın istifadəsinə verilən qərərgahında rayon rəhbərliyi, rayonun ictimai təşkilatlarının, Sosial Müdafiə Fondu və Mərkəzinin, Ağsaqqallar və Veteran Təşkilatları Şurasının nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə iştirak edən tədbir iştirakçıları torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunubdur. Keçmiş sovet imperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq, canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır. Ümummilli Liderimiz Heydər Əliyev hər zaman 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını əsirgəməmişdir. Onun səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunubdur. Natiq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə qayğının hər zaman diqqət mərkəzində olduğu, onlara verilən təqaüd və müavinətlərin artırıldığı və bu artımın gələcəkdə də davam olunacağı qeyd edildi. Rayon icra hakimiyyətinin başçısı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlandı.
Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara olan diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda şəhid ailələri və əlillərə maddi yardım göstərildi və ərzaq bağlamaları paylanıldı.

Digər xəbərlər