PDF Oxu

Sosial

  • 14

Rəcəb Tayyib Ərdoğan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməyə çağırdı

Rəcəb Tayyib Ərdoğan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməyə çağırdı
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Moskva Dövlət Universitetində çıxışı zamanı Azərbaycanın işğal edilmiş ərazilərinin tezliklə geri qaytarılmasına çağırıb. Məlumatı Türkiyənin Anadolu agentliyi yayıb. "Azərbaycanın işğal edilmiş əraziləri geri qaytarılmalıdır", - Ərdoğan deyib. O, əlavə edib ki, Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh yaradılmalıdır. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Digər xəbərlər