PDF Oxu

Sosial

  • 9

ATƏT-in sədri ölkəmizə gələcək

ATƏT-in sədri ölkəmizə gələcək
ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev fevral ayında Cənubi Qafqaz regionuna səfər edəcək. K.Saudabayev əvvəlcə Azərbaycana gələcək, sonra isə Ermənistan və Gürcüstanda olacaq. Qazaxıstan bildirib ki, quruma sədrliyi dövründə dondurulmuş münaqişələrin həllinə xüsusi diqqət yetirəcək. Bu günlərdə K.Saudabayev Böyük Britaniyanın xarici işlər naziri Devid Milibendlə telefon danışığı zamanı bildirib ki, Prezident Nursultan Nazarbayevin postsovet məkanında münaqişələrin tarixi və hazırkı vəziyyətini dərindən bilməsi, MDB ölkələrində onun şəxsiyyətinə inam və hörmətin olması Qazaxıstanın ATƏT-in sədri qismində həmin münaqişələrin həllinə yeni impuls verəcəyinə ümid yaradır.

Digər xəbərlər