PDF Oxu

Sosial

  • 12

Azərbaycanın milli mədəni dəyərlərinin qorunmasında televiziyanın və radionun rolu böyükdür

Azərbaycanın milli mədəni dəyərlərinin qorunmasında televiziyanın və radionun rolu böyükdür
Azərbaycanın milli mədəni dəyərlərinin qorunmasında, Azərbaycan dilinin, ölkəmizin ictimai-siyasi həyatının inkişafında teleradioların rolu böyükdür. Bu sözləri noyabrın 6-da Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Bütün teleradio şirkətlərinə uğurlar arzulayan Ə.Həsənov vurğulayıb ki, müstəqil dövlət quruculuğu prosesini teleradio kanallarından kənar təsəvvür etmək mümkün deyil. Buna görə də biz ümid edirik ki, teleradio şirkətləri respublikada həyata keçirilən prosesləri, ictimai-siyasi həyatın dəyərlərini, ölkəmizin beynəlxalq aləmdə mövqelərini, Azərbaycan ilə bağlı ölkə daxilində və kənarda baş verən hadisələri obyektiv işıqlandıracaq, ictimaiyyətimizi düzgün, operativ informasiya ilə təmin edəcəklər.

Digər xəbərlər