PDF Oxu

Sosial

  • 15

XX ƏSRİN 80-90-Cİ İLLƏRİNDƏ AZƏRBAYCANDA TÖRƏDİLMİŞ TERROR AKTLARI

XX ƏSRİN 80-90-Cİ İLLƏRİNDƏ AZƏRBAYCANDA TÖRƏDİLMİŞ TERROR AKTLARI

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qeydə alınmış "Erməni terroru:sənədlər və faktlar" layihəsi üzrə ayrılmış maliyyə vəsaiti əsasında hazırlanıb.
(Əvvəli ötən sayımızda)

55. 3 iyul 1991-ci ildə Ağdərə rayonunun Umudlu kəndində 1 nəfər qətlə yetirilmişdir.
56. 6 iyul 1991-ci ildə Goranboy rayonunun Erkec, Monaşit və Buzluq kəndlərində 3 milis işçisi qətlə yetirilmiş 12 nəfər ağır yaralanmışdır.
57. 7 iyul 1991-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığındakı Ulbab adlanan ərazidə 4 nəfər kənd sakini qətlə yetirilmişdir.
58. 17 iyul 1991-ci ildə Kəlbəcər rayonunun Xanımdərəsi və Uzungöl yaşayış məntəqələrində 2 nəfər mülki vətəndaş qətlə yetirilmiş, 1 nəfər ağır yaralanmışdır.
59. 20 iyul 1991-ci ildə Goranboy rayonunun Todan kəndində 2 nəfər qətlə yetirilmiş, 8 nəfər ağır yaralanmışdır.
60. 21 iyul 1991-ci ildə Laçın rayonunu Əriməz yaylağında 9 nəfər xüsusi amansızlıqla qətlə yetirilmiş, 3 nəfər ağır yaralanmışdır.
61. 23 iyul 1991-ci ildə Hadrut rayonunun Tuğ kəndi yaxınlığında Tuğ Milis bölməsinin 1 nəfər əməkdaşı və 1 nəfər yerli sakin qətlə yetirilmişdir.
62. 30 iyul 1991-ci ildə Hadrut rayonunun 2 nəfər Zəncur kənd sakinləri xüsusi qəddarlıqla qətlə yetirilmişlər.
63. 31 iyul 1991-ci ildə Ağdərə rayonunun Dronbon kəndi yaxınlığında avtomobil yolu partladılmış, SSRİ DİN DQ-nin 5 nəfər hərbi qulluqçusu ağır yaralanmışdır.
64. 2 avqust 1991-ci ildə Hadrut rayonunun Dolanlar kəndində "QAZ-53" markalı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 5 nəfər ağır yaralanmışdır.
65. 10 avqust 1991-ci ildə Naxçıvan MR Culfa rayonunun Laketdağ kəndində 1 nəfər qətlə yetirilmişdir.
66. 12 avqust 1991-ci ildə Kələbəcər rayonunun Sarıyel adlanan otlaq sahəsində 1 nəfər qətlə yetirilmiş, 2 nəfər yaralanmışdır.
67. 21 avqust 1991-ci ildə Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında milis əməkdaşlarını aparan "KAMAZ" markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 1 sürücü həlak olmuş, 5 nəfər ağır bədən xəsarəti almışlar.
68. 23 avqust 1991-ci ildə Əsgəran rayonun Cəmilli kəndində 3 nəfər mülki şəxs qətlə yetirmiş, 14 nəfər ağır yaralanmışdır.
69. 29 avqust 1991-ci ildə Goranboy rayonun Şəfəq kəndində 1 nəfər qətlə yetirilmişdir.
70. 7 sentyabr 1991-ci ildə Hadrut rayonunun Tuğ kəndində 2 nəfər kənd sakini qətlə yetirilmişdir.
71. 7 sentyabr 1991-ci ildə Qazax rayonunun Bağanıs-Ayrım kəndində 1 nəfər yerli sakini ağır yaralamışdır.
72. 9 sentyabr 1991-ci ildə Qazax rayonun Barxudarlı dəmir yol stansiyasında 1 nəfər ağır yaralanmışdır.
73. 10 sentyabr 1991-ci ildə Xocalı şəhərində 2 nəfər qətlə yetirilmiş, 5 nəfər ağır yaralanmışdır.
74. 14 sentyabr 1991-ci ildə Hadrut rayonun Zəmzur kəndi yaxınlığında "UAZ" markalı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 1 nəfər ağır yaralanmışdır.
75. 14 sentyabr 1991-ci ildə Goranboy rayonunun Buzluq və Başqışlaq kəndlərində 6 nəfər qətlə yetirilmiş, 4 nəfər ağır yaralanmışdır.

Ardı var

Digər xəbərlər