PDF Oxu

Sosial

  • 12

TÜRKİYƏ AZƏRBAYCANI İTİRSƏ DƏ, AZƏRBAYCAN QARABAĞI HEÇ VAXT İTİRMƏYƏCƏK!

TÜRKİYƏ AZƏRBAYCANI İTİRSƏ DƏ, AZƏRBAYCAN QARABAĞI HEÇ VAXT İTİRMƏYƏCƏK!
Türkiyə hakimiyyətinin Ermənistanla diplomatik əlaqələr qurmağa səy göstərməsi, istər Türkiyədə, istərsə də Azərbaycanda ciddi narazılıqlar doğurub. Cəmiyyətin müxtəlif təbəqələri Türkiyə prezidenti Abdullah Gülü və baş nazir Rəcəb Tayyib Ərdoğanı ittiham edən bəyanatlarla çıxış edirlər. "Gənc Azərbaycan" Gənclərin Siyasi və Hüquqi Mədəniyyətinin İnkişafına Yardım İctimai Birliyi də məsələyə kəskin etiraz edən mövqe sərgiləməkdədir.
Təşkilat Türkiyə Böyük Millət Məclisinin millət vəkillərinə və türk xalqına müraciət qəbul edərək, oktyabrın 21-də müzakirə edilməsi nəzərdə tutulan protokolu ratifkasiya etməməyə çağırıb: "TBMM protokolları ratifikasiya edərsə, Türkiyə Azərbaycanı itirəcək, Azərbaycan isə Qarabağı heç vaxt itirməyəcək. Düşmən torpaqlarımızı "dost, qardaş, arxa" köməyi ilə işğal edib. Köməklə torpaq qorumazlar, qaytarmazlar. İtirilmiş torpaqlarımızı azad etməkdə dosta, qardaşa ehtiyacımız yox. Torpaqlarımızı özümüz azad edəcəyik. O gün çox uzaqda deyil. Sizdən istəyimiz düşmənə ötürmə (pas) verməməkdir. Düşmənə ötürmə (pas) verməyin. Bu dəfə düşmən uda biləcəyindən daha böyük dişləyib. Millətimiz dünyaya və düşmənə bu dəfə dişlədiyini uda bilməyəcəyini göstərəcək. Düşmən udduqlarını qaytaracaq."
Təşkilat müraciətində ermənilərdən türklərə heç vaxt dost olmayacağını xatırladıb və bununla bağlı tarixi faktları nəzərə çatdırıb. Dünyanın gözü istədiyini görür, istəmədiyini görmür. Aldanmayın dünyaya. Gözünüzü açın, öz gözünüzlə baxın dünyaya. Bir millətin torpağında neçə dövlət yaradarlar? Tarixi keçmişi yaddan çıxarmısınız? Sağa, sola, qabağa, arxaya baxın, bizim əzəli, tarixi torpaqlarımızda bizim olmayan neçə dövlət yaradıblar və yaratmaq istəyirlər. Yoxdur dünyanın başqa yerində torpaq? Bu haqqı kim verib onlara? Kimdir bunu edənlər? Başqalarının haqqı çatır buna? Bəs bizim haqqımız harda?
Təşkilat müraciətində R.T.Ərdoğanı verdiyi sözə əməl etməməkdə qınayıb. Onu da qeyd edib ki, Türkün sifətlərindən biri də verdiyi sözü axıra kimi tutmaqdır. Yüksək tribunalardan verdiyiniz sözü tutun. Türkün sifətini dəyişməyin: "Ağrı dağının ən uca zirvəsindən gələn O canlı səsi dinləyin. O səs bizi birliyə səsləyir. Bir olmağa! O səs Qarabağın səsidir. Qarabağ türkün səsi. Səsimizi almaq istəyirlər. Satmayın səsinizi. Qarabağı türk torpağı deyə işğal ediblər. Bizi türksən deyə Qarabağda öldürüblər. Unutmayın bunları! Unutmayın Qarabağı! Qardaşları ayıracaq səsləri, sözləri dinləməyin. Protokolların təsdiqlənməsinə səs verməyin. Düşmənin səsini alın, ucaldın səsinizi. Allaha inanırsınız, namaz qılırsınız, oruc tutursunuz, günahlardan qaçırsınız. Tanrı haqdır. Tanrı haqqın yanındadır. Sizlər də haqqın yanında olun. Haqqı nahaqqa verməyin. Tanrıdan qorxun, səs verməyin, günaha batmayın. Nə düşmən, nə dost heç vaxt dəyişmir. Siz protokolların təsdiqlənməsinə səs versəniz də, düşməni dost edə bilməyəcəksiniz, dostu və qardaşı itirəcəksiniz. Etməyin bunu, səs verməyin protokolların təsdiqlənməsinə! Türk millətinin boyundan uca boy yox! Türk millətinin başından yuxarı baş yox! Türk millətinin iradəsindən kənarda iradə yox! Bir daha göstər öz iradəni türk milləti. Protokolların təsdiqlənməsinə imkan vermə! Dünya türklərini bu taleyüklü məsələdə Azərbaycan xalqını dəstəkləməyə və ümummilli liderimiz Heydər Əliyevin "Bir millət-iki dövlət" şüarı altında birləşməyə çağırırıq".

Digər xəbərlər