PDF Oxu

Sosial

  • 7

Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında üç qanun layihəsinə baxılıb

Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında üç qanun layihəsinə baxılıb
Sonra deputatlara ikinci oxunuşda parlamentin müzakirəsinə verilən "Bank olmayan kredit təşkilatları haqqında" qanun layihəsi təqdim olunub. Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Rauf Hacıyev qeyd edib ki, bu sənəd Azərbaycanda pul vəsaitlərinin dövriyyəsinin tənzimlənməsində, sahibkarlığın inkişafında, əhalinin aztəminatlı təbəqələrinin güzəranının yaxşılaşdırılmasında böyük rol oynaya bilər.
Bank olmayan kredit təşkilatları - (BOKT) ölkəmizdə hüquqi və fiziki şəxslərin maliyyə resurslarına olan ehtiyaclarının daha dolğun ödənilməsinə xidmət edəcək, mövcud maliyyə xidmətlərindən istifadə üçün əlverişli şərait yaradacaq. Məlum olub ki, hazırda ölkəmizdə 19 bank olmayan kredit təşkilatı var, yeni qanun həmin maliyyə qurumlarının idarə edilməsini və fəaliyyət göstərməsini tənzimləyəcək, onların sayının artmasına təsir göstərəcək.
Layihəyə görə, ixtisaslaşan kredit təşkilatı olan BOKT lisenziya əsasında kreditlər verir, həmçinin lizinq, veksellərin uçotu, qarantiyanın verilməsi, borc öhdəliklərinin alqı-satqısı kimi fəaliyyət növləri ilə məşğul ola bilər. Sənəddə bank olmayan kredit təşkilatlarının sığorta agenti xidməti, eləcə də borc alanlara maliyyə, texniki və idarəetmə məsələləri üzrə məsləhət xidməti göstərməsi də nəzərdə tutulur.
Komitə üzvlərinə birinci oxunuşdan sonra layihəyə edilən əlavə və dəyişikliklər barədə ətraflı məlumat verilib. Bildirilib ki, əsasən redaktə xarakterli düzəlişlər aparılıb.
Layihənin ilkin variantından fərqli olaraq kreditin qaytarılması prosesində pul ilə yanaşı digər təminatlar, daşınan və daşınmaz əmlak növləri də girov qismində təsbit olunur. Müzakirələrdə rəylərini, iradlarını bildirən deputatlar vətəndaşların maliyyə resurslarına çıxışının daha da asanlaşdırılması vacibliyini əsas tutaraq bir sıra təkliflər veriblər.
İclasda iştirak edən Milli Bankın və digər əlaqədar qurumların nümayəndələri layihədə əksini tapan bəzi müddəalara münasibət bildirərkən dünya təcrübəsinə istinad ediblər. Ətraflı fikir mübadiləsindən sonra qanun layihəsi təklif olunan düzəlişlər nəzərə alınmaq şərtilə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra komitədə "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi barədə 2008-ci il 30 dekabr tarixli qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına, o cümlədən standartlaşdırma, reklam, yol hərəkəti, şəhərsalmanın əsasları, ipoteka, baytarlıq, aviasiya, fitosanitar nəzarəti, dərman vasitələri haqqında qanunlara təklif edilən düzəlişlər müzakirə olunub.
İclasda "Gömrük Əməkdaşlığı Şurasının yaradılması haqqında" Konvensiyaya dəyişikliklərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi"nə də baxılıb. Ətraflı fikir mübadiləsinin yekununda hər üç sənəd Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Digər xəbərlər