“Muzey Marketinqi” mövzusunda təlim-seminar keçirildi
Dünən Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Azərbaycan Mədəniyyət və Turizm Naziriyinin, Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin, Azərbaycan Xalçası və Xalq Tədbiqi Sənəti Dövlət Muzeyinin, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun təşkilatçılığı ilə "Muzey Marketinqi" mövzusunda təlim-seminar keçirildi.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin sədri Röya Tağıyeva açaraq, öz işinə başlayan təlim-seminarın mahiyyət və məqsədindən danışdı. O, qeyd etdi ki, seminarın keçirilməsində əsas məqsəd müasir dövrdə iqtisadi-siyasi və ictimai həyatda baş verən dəyişikliklər zamanı inkişaf etmiş menecment və muzey idarəçiliyinə özəl yanaşma hesabına muzeylərdə yerli auditoriyanın yaranması, muzeylərə gələn tamaşaçı dairəsinin genişləndirilməsi üsullarının araşdırılmasıdır.
Röya xanım qeyd etdi ki, bugünkü təlim-seminara respublikamızda fəaliyyət göstərən Tarix Muzeyinin, İstiqlal Muzeyinin, İncəsənət Muzeyinin, Leopald və Mstislav Rastropoviçlərin ev-muzeyinin, Qobustan Dövlət Tarixi Bədi Qoruğunun və digər mədəniyyət müəssisələrinin əməkdaşarı dəvət olunmuşdur. Muzeyin direktoru onu da bildirdi ki, "Muzey marketinqi" təlim-seminara Amerika Birləşmiş Ştatlarından muzey marketinqi üzrə mütəxəssis Çarlz Kroçe dəvət olunmuşdur. Qonağın şəhərimizə dəvət edilməsinə səbəb muzey marketinqi üzərə mübadilə aparmaq, dünya təcrübəsinin yeniliklərindən yiyələnməkdən ibarətdir. Röya xanım Azərbaycanda muzey işinin təkmilləşdirilməsi istiqamətində novatorçuluğa yiyələnməyin müsbət cəhətlərinə nəzər saldı. Muzeydə təlim-seminar çərçivəsində ustad dərslərinin keçirilməsi də nəzərdə tutulub.
Tədbirdə çıxış üçün söz Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun İncəsənət və Mədəniyyət proqramı müdiri Cahangir Səlimxanova verildi. O, qeyd etdi ki, Amerika Qeyri-Hhökumət Mərkəzi və Şimali Amerikada Mədəniyyət və İncəsənət Naminə Fondu incəsənət mecmeninin inkişafına yardım göstərir. Biz bu təcrübədən bəhrələnmək məqsədi ilə onlarla əməkdaşlıq etmək üçün müraciət etdik və Çarlz Kroçeni paytaxtımıza dəvət etdik. O, Amerikanın nüfuzlu mədəniyyət ocaqlarında marketinqlə məşğul olur. Eyni zamanda, paytaxtımızın qonağı Amerikanın nüfuzlu teatrlarında da çalışır. Şimali və Cənubi Amerikada menecerliklə məşğul olan Çarlz Kroçe son 9 il ərzində Filodelfiyada muzeydə çalışır. Amerikanın 5 iri şəhərlərindən biri olan Filodelfiyada böyük təcrübə sahibi olmuş Çarlz Kroçe əldə etdiyi nailiyyətlərin müəyyən məqamları ilə bizləri tanış edəcəkdir. Təbii ki, bu təlim-seminar amerikalı mütəxəssislə Azərbaycan muzey işçiləri arasında mübadilə xarakteri daşıyacaq. Rus Dram Teatrında sentyabrın 8-də bu seminarın davamı Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə disskusiya şəklində baş tutacaqdır.
Təlim-seminarlarda Amerika Birləşmiş Ştatlarının muzey marketinq üzrə mütəxəssisi Çarlz Kroçe çıxış edərək, ilk olaraq, Azərbaycan dilində danışa bilmədiyi üçün iştirakçılardan üzr istədi. O, çıxışı zamanı canlı ünsiyyətə xüsusi diqqət yetirəcəyini vurğulayıb, Mədəniyyət və Turizm Nazirliyinin, Açıq Cəmiyyət İnstitutunun layihəsi əsasında gerçəkləşən bu tədbirin əhəmiyyətinə diqqət yetirdi. O, hazırda çalışdığı Filodelfiya muzeyinin tarixi haqqında iştirakçıları məlumatlandırıb "muzey marketinqi" layihəsini təqdim etdi. 1928-ci ildə əsası qoyulan Filodelfiya muzeyi 250 min eksponata malikdir. Bunların əksəriyyətinin nümayiş olunmasına yer olmadığından kənarda saxlanılır. 1876-cı ildə təməli qoyulan muzey bu gün müasir standartlara cavab verən bir müəssisədir. Burada 200 qalareya mövcuddur. Muzeyin 300 nəfər işçisi var, illik büdcəsi isə 2 milyon manatdır. Muzeyin reklamı ilə bağlı kiçik kadrları iştirakçılara təqdim edən Çarlz Kroçe muzeyin yerləşdiyi həmin şəhərdə 1,5 min əhalinin məskunlaşdığını da vurğulayıb, amerikalıların 25 faizinin burada yaşadığını qeyd etdi. Coğrafi cəhətdən maraqlı bir əraziyə malik olan Filodelfiya Nyu-Yorkla Vaşinqton arasında yerləşən bir məkandır. 84 universitet və kollec bu şəhərdə yerləşdirilir. Əhalinin 43 faizini isə amerikalılar təşkil edir. Avropa arxitekturası əsasında inşa olunan bu şəhər saysız insanların maraq əhatəsində olduğundan buraya istirahətə gələnlərin sayı çoxdur. "Bu şəhər tarixi deyil, köhnə şəhərdir. Cinayətkarlar şəhəridir"- deyə Çarlz Kroçe artıq şəhər haqqında yaranmış köhnə anlayışların yeni qavrayışların əsasında öz təsdiqini tapan şəhər artıq əyləncə və istirahət mərkəzi möhtəşəm bir şəhərdir. Yeni və orijinal bir üslubda özünü təsdiqləyən bu məkan 10 il ərzidə artıq bütövlükdə öz mənzərəsini dəyişərək, bir çox xalqların seyrçilərini ətrafına toplaya bilmişdir. Muzeyin 70 faiz izləyicisi ali təhsilli mütəxəssislərdir. Afrika əhalisinin 6 faizi ümumi, 3 faizi isə xüsusi, Asiyanın 3 faizi ümumi, 5 faizi xüsusi, Qafqazın 83 faizi ümumi, 91 faizi isə muzeyin xüsusi ekspozisiyalarını böyük məmnuniyyətlə seyr edirlər. Muzeyin xüsusi bir görkəmə və xidmətə malik olduğunu vurğulayan mütəxəssis çox zaman buranın kilsə və kitabxana ilə də müqayisə olunduğunu bildirdi.