Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu il üçün KİV-lərə maliyyə dəstəyi müsabiqəsinin nəticələrini açıqlayıb. SİA-nın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, 2009-cu ilin iyunun 1-də elan olunan müsabiqəyə 112 layihə təqdim olunub. İlin araşdırma zamanı 25 layihə ilə bağlı lazım olan sənədlərin təqdim edilmədiyi məlum olub.
Ekspertlərə qiymətləndirmək üçün 87 layihə təqdim edilib. Qiymətləndirmədə 12 ekspert iştirak edib. Hər layihəyə 3 ekspert qiymət verib. 14 layihə zəruri keçid balını toplaya bilməyib. 17 layihə isə öz istiqamətlərində digər layihələrdən az bal topladığı üçün qalib elan olunmayıb.
Təqdim olunan 55 layihə müsabiqənin qalibi olub: 30-u qəzet, 13-ü informasiya agentliyi, 6-sı jurnalist təşkilatı, 6-sı digər əlaqəli təşkilatlar kateqoriyasına aiddir.
Qeyd edək ki, müsabiqədə qalib gələnlər arasında "Səs" qəzetinin və "Səs" İnformasiya Agentliyinin (SİA) də layihələri var. Beləliklə, müsabiqədə qalib gəlmiş KİV-in tam siyahısını nəzərinizə çatıdırırıq.
1. "Ədalət" qəzeti
2. "Azadlıq" qəzeti
3. "Bakı-xəbər" qəzeti
4. "Xalq cəbhəsi" qəzeti
5. "Səs" qəzeti
6. "Kaspi" qəzeti
7. "525-ci qəzet"
8. "Olaylar" qəzeti
9. "Azad Azərbaycan" qəzeti
10. "Palitra" qəzeti
11. "AzərNews" qəzeti
12. "Novoye vremya" qəzeti
13. "Ülfət" qəzeti
14. "Şərq" qəzeti
15. "Üç nöqtə" qəzeti
16. "Paritet" qəzeti
17. "Mövqe" qəzeti
18. "Yeni Azərbaycan" qəzeti
19. "Bizim yol" qəzeti
20. "Oxu məni" qəzeti
21. "Hərbi and" qəzeti
22. "Addım" qəzeti
23. "Futbol+Qol" qəzeti
24. "Mərkəz" qəzeti
25. "Proqnoz" qəzeti
26. "Vətən uğrunda" qəzeti
27. "Paralel" qəzeti
28. "Yeni Müsavat" qəzeti
29. "Həftə içi" qəzeti
30. "Təzadlar" qəzeti
31. "Trend" İnformasiya Agentliyi
32. "ASSA-İradə" İnformasiya Agentliyi
33. "The First News" İnformasiya Agentliyi
34. "Olaylar" İnformasiya Agentliyi
35. "Azadinform" İnformasiya Agentliyi
36. "Azəri Press" İnformasiya Agentliyi
37. "Səs" İnformasiya Agentliyi (SİA)
38. "Beynəlxalq Avrasiya Mətbuat Fondu"
39. "RUH" Azərbaycan Jurnalistləri Komitəsi
40. "Yeni fikir" Jurnalist Həmrəyliyi İctimai Birliyi
41. "Müstəqil Araşdırmaçı Jurnalistlər" Liqası
42. "Azərbaycan Müstəqil Jurnalistlər" Liqası
43. Azərbaycan Mətbuat Şurası
44. "Zərdabi Mətbuat Mərkəzi" İctimai Birliyi
45. "Jurnalist Qadınlar" Assosiasiyası
46. "Tərəfsiz Jurnalistlər" İctimai Birliyi
47. Jurnalistlərin Həmkarlar İttifaqı
48. Azərbaycan Jurnalistlər Birliyi
49. "Azərbaycan Demokratik Jurnalistlər" Liqası
50. "Polisə Dəstək" İctimai Birliyi
51. "Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyi
52. "İctimaiyyətlə Əlaqələrin İnkişafı" İctimai Birliyi
53. "Sən Tək Deyilsən" İctimai Birliyi
54. "Müstəqil Hüquq Mərkəzi" İctimai Birliyi
55. "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyi
Maraqlıdır ki, bəzi KİV-lər elan olunmuş maksimum həddən daha çox vəsait istəyiblər.
"Bəzi KİV-lər layihələrə ayrılan maksimum qiymətin 20 min manat olduğunun bilə-bilə daha böyük məbləğin verilməsini istəyirdi"-deyən fond rəhbəri qeyd edib ki, onlar bunu bilərəkdən ediblər:
"Biz dəfələrlə bildirmişik ki, fond tərəfindən elan olunan müsabiqədə layihələrə ayrılan maliyyə yardımının maksimum dəyəri 20 min manatdır. Bəzi KİV-lər isə bunu bilə-bilə təqdim etdikləri layihələrə 22, hətta 29 min manat məbləğin verilməsini istəyirdi".
Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli daha sonra müsabiqədə təqdim etdiyi layihələri qalib gəlməyən KİV-lərin siyahısı və onların nə üçün qalib gələ bilməməsinin əsas səbəbləri haqqında internet saytından geniş məlumatın əldə oluna biləcəyini vurğulayıb.
"Fondun açıqladığı nəticələrdən narazı olan KİV-lər yazılı apellyasiya şikayəti verə bilərlər"- Vüqar Səfərli bildirib. Onun sözlərinə görə, Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun 2009-cu il üçün KİV-lərə maliyyə dəstəyi müsabiqəsinin nəticələrindən narazı olan KİV-lər sentyabr ayının 5-dək Apellyasiya Komissiyasına yazılı apellyasiya şikayəti verə bilərlər. Ayın 5-dən sonra isə heç bir şikayətə baxılmayacaq".
V.Səfərli, müsabiqə nəticələrinə nəzarət mexanizminin olduğunu qeyd edib. O, söyləyib ki, müsabiqənin qalibi olan KİV-lərin gördüyü işlər 2 ay müddətində yerlərdə araşdırılacaq və onların fəaliyyətində heç bir nöqsan üzə çıxmazsa, onlara ayrılan məbləğin qalan 50 faizi ödəniləcək: "Müsabiqənin tələblərini yerinə yetirməyən KİV-lər isə məhkəməyə veriləcək".
Ümumiyyətlə, Azərbaycanda 1993-cü ildən başlayaraq mətbuatın inkişafı ilə bağlı mühüm addımlar atılıb. Bir neçə il əvvəl ölkə prezidentinin göstərişi ilə, dövlət tərəfindən qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurulması, kütləvi informasiya vasitələrinə maliyyə yardımlarınin edilməsi ilə bağlı tədbirlər həyata keçirib. Bu sahədə problemlər tamamilə aradan qaldırılıb. Dövlət müstəqil medianı himayə edir və bu gün də dövlətin mətbuata qayğısı hiss olunmaqdadır.
Bu gün problemlərin var olduğu sahələrdən biri də mətbuatla bağlıdır. Mətbuatın problemlərinin mövcudluğunu inkar etmək olmaz. Cəmiyyət də, dövlət də bu problemlərin həll olunmasına çalışır. Bu gün Azərbaycan bir dövlət olaraq söz və mətbuat azadlığını dəstəkləyir və ölkənin demokratik inkişafında bunun rolunu müsbət stimul hesab edir.
Ölkədə söz və mətbuat azadlığı üçün hüquqi baza yaradılıb və bunun real olaraq həyata keçirilməsi üçün lazımı şərait təmin edilib. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda 3 mindən artıq kütləvi informasiya vasitəsi fəaliyyət göstərir. İsveç kimi inkişaf etmiş ölkədə 4-5 qəzet fəaliyyət göstərir. Bir sözlə, söz və mətbuat azadlığının demokratik inkişafa töhfə verməsi üçün bizim imkanlarımız və şəraitimiz kifayət qədər böyükdür.
Problemlərin kökündə duran səbəblərdən biri də sosial və maddi məsələlərdir. Qəzetlərin maliyyə durumu çox çətindir, reklam bazarı zəifdir. Jurnalistlərin əməkhaqqı xeyli aşağı, sosial problemləri isə həddən çoxdur. Bəs çıxış yolu nədədir? Medianın özünü maliyyələşdirməsi sisteminin, etik prinsiplərin hakim tutulması sisteminin əsaslı inkişafı mərhələsi başlamalıdır. Jurnalist məsuliyyəti bütün bunların fövqündə dayanmalıdır.
İlk öncə, media ilə bağlı qanunvericiliyə əlavələr edilməlidir. Bizim bu sahədə qanunvericiliyimiz demokratik ölkələrdən heç də geri qalmır. Bunun əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Mətbuat üzərindən senzura götürülüb, KİV-lərin maneəsiz qeydiyyatı məsələsi təmin olunub, informasiya alınması prosesi asanlaşdırılıb, müvafiq qanunvericilik yaradılıb, qəzetlərin Azərbaycan nəşriyyatına olan borcları silinib və s.
Azərbaycanda media üçün yaradılmış imkanlardan yararlanaraq neqativ işlərlə məşğul olurlar. Reket qəzetlərin sayı olduqca çoxdur və üzərində jurnalist vəsiqəsi gəzdirən, amma jurnalist peşəsinə heç bir aidiyyatı olmayan on minlərlə şəxs var.
Əgər təsnifat keçirsək, məlum olar ki, qəzetlərin çox az qismi formal olaraq müstəqildir. Digərləri, əsasən, 2 yerə bölünür: iqtidar və müxalifət mətbuatı.
Azərbaycan jurnalistikası heç də başqa ölkələrdən geri qalmır. Ölkəmizdə vicdanlı, peşəkar və obyektiv jurnalistlər çoxdur. Onların arasında Azərbaycan reallıqlarını dünyaya çatdıran, erməni təcavüzünü beynəlxalq aləmdə təqdim edənlər də var. Lakin qeyd edilməlidir ki, son vaxtlar cəmiyyətdə jurnalistlərin nüfuzu aşağı düşüb. Vaxtilə Azərbaycanda hər 100 nüfuzlu adamın arasında azı 10 jurnalist olurdu, indi bu rəqəm çox az olar.
Əsas problemlərdən biri olan reklam bazarının zəifliyi də mətbuatın inkişafına mane olur. Azərbaycanın reklam bazarı ölkənin iqtisadi vəziyyətinə adekvat deyil. Bizdə reklam bazarı cəmi 30 milyon manat təşkil edir, bunun da 3 milyonu mətbuata aiddir. Bu, qeyri-normal haldır.
Ən böyük problemlərdən biri də mətbuatın həddən artıq siyasiləşməsidir. Qəzet informasiya daşıyıcısı olmalıdır, təbliğat vasitəsi yox. Mətbuat hansısa təşkilatın strukturu olmalı deyil, müstəqil olmalıdır. Bu gün fəaliyyətdə olan mətbu vasitələrin əksəriyyəti reketçiliklə məşğul olur. Bunun qarşısını almaq lazımdır.
Bir ciddi problem də mətbuatda radikalçılıqdır. Mətbuat radikal ola bilməz. O, obyektiv və tərəfsiz olmalıdır ki, cəmiyyət onu qəbul etsin. Təəssüf ki, bir çox hallarda mətbuat öz funksiyasını itirir və mənəvi terror vasitəsinə çevrilir.
Hər bir halda Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən mətbuata verilən vəsaitlər ümumi inkişafa öz töhfəsini verəcək. Bir qədər öncə, 40-a yaxın mətbuat vasitəsinə 10 min manatlıq yardımın verilməsi də Prezident İlham Əliyevin ölkədə medianın inkişafı üçün əlindən gələni etdiyini göstərir.