PDF Oxu

Sosial

  • 16

Bakıda Azərbaycan - Çexiya biznes forumu keçiriləcək

Bakıda Azərbaycan - Çexiya biznes forumu keçiriləcək
Çexiya Senatının sədri Prşemısla Sobotkanın Bakıya səfəri çərçivəsində Azərbaycan-Çexiya biznes forumu keçiriləcək.
Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə bildirmişdir ki, Senatın sədri P.Sobotkanın Azərbaycanda Çexiya səfirliyinin açılışı ərəfəsində - sentyabrın 23-də Bakıya səfər edəcəyi gözlənilir. Səfirlik isə oktyabr ayında açılacaq. P.Sobotka Azərbaycana səfəri çərçivəsində ölkəmizin rəsmi şəxsləri ilə görüşəcək. Bundan əlavə, o, səfəri gedişində Bakı Slavyan Universitetində tələbələrlə görüşəcək, habelə Azərbaycanda Çexiya Mədəniyyəti günləri çərçivəsində konsertdə iştirak edəcək. Qeyd edək ki, P.Sobotka bu ilin may ayında Respublika Günü münasibətilə Praqada keçirilən mərasimdəki çıxışında Azərbaycan və Çexiya arasında tərəfdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb: "Çexiya və Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycan Çexiya üçün mühüm əhəmiyyətə malikdir".

Digər xəbərlər