PDF Oxu

Sosial

  • 14

“Sərhədlərimizin keşiyində”

“Sərhədlərimizin keşiyində”
Dünən Dövlət Sərhəd Xidmətinin (DSX) 90 illik yubileyi münasibətilə "Sərhədlərimizin keşiyində" devizi altında kino sənəti, musiqi yaradıcılığı, təsviri sənət, foto sənəti və inşa yazısı üzrə 5 nominasiyada elan olunan müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə çıxış edən DSX-nin rəis müavini, general-mayor Məhəmməd Abbasquliyev qeyd edib ki, hər il DSX ilə bağlı müxtəlif yazı müsabiqələri təşkil olunur. Onun sözlərinə görə, DSX-nin çoxsahəli fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsi, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin gücləndirilməsi prioritet istiqamətlərdəndir.
"Bu istiqamətdə həyata keçirilən tədbirlər içərisində müxtəlif yaradıcılıq müsabiqələrinin keçirilməsi xüsusi yer tutur. Bu il də sərhəd qoşunlarının yaradılmasının 90 illik yubileyi münasibətilə bir sıra nominasiyalar üzrə müsabiqə elan olunub", - deyən M.Abbasquliyev müsabiqədə ölkəmizin professional və həvəskar rəssamları, bəstəkarları, tələbələri, sərhədçi əsgərlər, sərhədçi zabit və gizirlərin ailə üzvləri, sərhədyanı rayonların ümumtəhsil məktəbləri şagirdlərinin iştirak etdiyini bildirib.
M.Abbasquliyev yaradıcılığla məşğul olan insanların müsabiqəyə böyük maraq göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, müsabiqədə 600 nəfərdən artıq yaradıcı insanlar iştirak ediblər.
"Müsabiqəyə musiqi yaradıcılığı üzrə 15, təsviri sənət üzrə 40, kino sənəti üzrə 10, foto sənəti üzrə 9 və sərhədyanı kənd ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa yazısı üzrə yüzlərlə iş təqdim olunub. Təqdim olunan əsərlərin janrları da, müəlliflərin yaş, təhsil, sosial mənşə və peşəkarlıq səviyyəsi də müxtəlifdir" deyə M.Abbasquliyev əlavə edib.
Sonra müsabiqə qaliblərinə mükafatlar təqdim olunub. Müsabiqədə birinci yer üçün 800 manat, ikinci yer üçün 300 manat və üçüncü yer üçün isə 200 manat pul vəsaiti və DSX-nin Fəxri Diplomları təqdim olunub. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, bəstəkarlar - Faiq Sücəddinov, Eldar Mansurov və xalq artisti Rasim Balayev də iştirak edib.

Digər xəbərlər