PDF Oxu

Sosial

  • 10

Gəlin birlikdə öyrənək

Gəlin birlikdə öyrənək
Layihə Səbail rayon icra hakimiyyətinin təşəbbüsü, "İrəli" ictimai birliyinin və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun iştirakı ilə həyata keçirilib
Ölkə başçısının sərəncamı ilə "Uşaq ili" elan olunmuş 2009-cu ildə Səbail rayonunda uşaq və yeniyetmələrlə bağlı silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlərin hazırlanması zamanı Səbail rayon icra hakimiyyəti tərəfindən böyüməkdə olan gənc nəslin vətənə məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi diqqət mərkəzində saxlanılır və onların yay istirahətlərinin mənalı və səmərəli təşkili, gələcəkdə ölkəmiz üçün layiqli vətəndaş və olmaları müdafiəçisi olmaları üçün konkret işlər görülür.
Bu qəbildən olan tədbirlər sırasında Səbail rayon icra hakimiyyətinin təşəbbüsü, "İrəli" ictimai birliyinin və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun iştirakı ilə "Gəlin birlikdə öyrənək" layihəsi həyata keçirilib. Layihənin əsas məqsədi orta məktəb şagirdlərinin yay istirahətlərinin təşkili ilə bərabər, onların müasir informasiya texnologiyaları barədə və xarici dillər üzrə biliklərinin artırılması olmuşdur. Şagirdlər üçün üçün pulsuz təşkil olunmuş kompyuter və ingilis dili kurslarına Səbail rayonunun Bayılın 20-ci yaşayış sahəsi və Badamdar qəsəbəsindəki orta məktəblərdə təhsil alan aztəminatlı, məcburi köçkün, Qarabağ müharibəsi veterenları ailələrindən olan 90-na yaxın yeniyetmə oğlan və qızların cəlb olunmasıdır. Təşkilatçılar tərəfindən bu məşğələlərin daha maraqlı və yaddaqalan olması üçün uşaqlara hər cür şərait yaradılmış, məşğələlər internet şəbəkəsinə qoşulmuş və yeni kompyuterlə təchiz olunmuş siniflərdə keçirilib.
Tədbirdə çıxış edən "İrəli" ictimai birliyinin sədri Ceyhun Osmanlı, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev və başqaları qeyd etmişlər ki, hər birimizin qürur duyduğu, fəxr etdiyi müstəqil dövlətimiz vardır. Bizim ata və babalarımız hər zaman müstəqil dövlət arzusunda olmuşlar. Bu gün bizim dünyada tanınan müstəqil Azərbaycanımız var və hər birimiz bu dövləti qoruyub saxlamaq, inkişaf etdirmək üçün yaxşı oxumalı, dövlətimiz üçün layiqli vətəndaş olmalayıq. Natiqlər müstəqil Azərbaycanın qurucusu və yaradıcısı olan ümummilli lider Heydər Əliyevin uşaqların təhsili və biliklərin artırılması istiqamətində gördüyü işlərdən, bu gün onların layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin atdığı addımlardan söz açaraq, son illərdə ölkədə təhsil sahəsində görülən işlərdən danışıblar.
163 saylı orta məktəbin müəlliməsi Kamilə Qocayeva valideynlər adından, 239 saylı orta məktəbin 5-ci sinif şagirdi, 10 yaşlı Murad Tanrıverdiyev isə şagirdlər adından çıxış edərək, tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda şagirdlərə kursları bitirmək barədə sertifikatlar təqdim olunmuşdur.

Digər xəbərlər