PDF Oxu

Sosial

  • 14

Milli birliyimiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Milli birliyimiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycan xalqının XX yüzillikdə yetişdirdiyi ən böyük sərkərdələrindən və dahi şəxsiyyətlərindən olan ulu öndərimiz Heydər Əliyev həmişə öz xalqının taleyi həyatına bərabər tutmuşdur. Onun millətimiz dövlətimiz qarşısında xidmətlərini istənilən bir formada izah edib sona çıxmaq qeyri-mümkündür. Çünki ümummilli liderimiz Heydər Əliyev elə bir dahi lider siması yaradıb ki, bu gün bütün bəşəriyyət Onun şəxsiyyətinə böyük ehtiramla yanaşır. Ulu öndər Heydər Əliyevin qurub-yaratmış olduğu güclü və müstəqil Azərbaycan millətmizin xoşbəxt gələcəyi ən böyük töhfədir. Ümummilli liderin Azərbaycan xalqı qarşısında xidmətlərindən bəhs edərkən 1969-cu ilin 14 iyul tarixinə və ondan sonrakı proseslərə nəzər salsaq, o dövrün çətinliklərinə baxmayaraq, tarixi şəxsiyyətin millət sevgisinə, vətənə olan dərin məhəbbətinə bugünkü yanaşma tərzi ulu öndərin böyüklüyünü bir daha təcəssüm etdirir.

Ramiz Tatarov: "Dövlət və dövlətçilik tariximiz ümümmilli liderin irsinə sığınıb"

"Ulu öndər Heydər Əliyev dühasına müraciət etdikcə, insan özünün böyüklüyünü daha yaxından hiss edir və ucalır" deyən YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov tarixi şəxsiyyətlərin əməllərinin hər gün üçün örnək olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan tarixində böyük sərkərdələrin və dahi şəxsiyyətlərin yeri və rolu danılmazdır: "Ulu öndər Heydər Əliyevin də xalqımıza qarşı olan tükənməz sevgisindən gördüyü işlərə və atmış olduğu addımlara bir daha nəzər saldıqda, bu şəxsiyyətin müdrikliyi bir daha göz önündə canlanır. Heydər Əliyev zirvəsi elə bir zirvədir ki, zaman keçdikcə, Onun böyüklüyü və ucalığı Azərbaycan xalqının simasında həmişə öz layiqli qiymətini alacaq. Çünki ulu öndərin həyat və fəaliyyəti zəngin bir məktəbdir. Bu məktəbin şagirdi olmaq üçün isə hamımız öz üzərimizə düşən vəzifəni dərk edib düşünülmüş addım atmalıyıq. Tarixi şəxsiyyətin fəaliyyətinin ilk illəri sovet hakimiyyətinin sonlarına təsadüf etsə də, Onun müdrik şəxsiyyət olduğu bu dövrdə də açıq şəkildə özünü büruzə verir. Azərbaycan xalqına və dövlətinə qarşı çıxan məkrli qüvvələrin bir yerə cəm olduğu sovet imperiyasında ulu öndərin möhkəm iradəsi həmişə özünü nümayiş etdirib. Onun müdrik addımları və qərarları sayəsində bu gün xalqımız azad, firavan bir dövlətdə yaşayır. Ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı olan Prezident İlham Əliyev məqsədyönlü siyasəti sayəsində daha vacib və prinsipial nəticələrə nail olur".

Həmid Pənahov: "Azərbaycan xalqını işıqlı gələcəyə Heydər Əliyev qovuşdurub"

Daima öz millətinə və dövlətinə bağlı olan ulu öndər Heydər Əliyev bu yolda əlindən gələn bu işləri görüb və istnilən prinsipial qərarları qəbul edib deyən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov dövlətçilik tariximizdə Heydər Əliyev erasının xüsusi yerə malik olduğunu qeyd edib. Bildirib ki, bu gün müstəqil Azərbaycan daha sürətlə gələcəyə doğru istiqamət götürüb: "Dövlətçiliyimizin banisi və memarı olan ulu öndər Heydər Əliyevin də başlıca məqsədi və amalı da elə məhz bu idi. Mənalı ömrünü öz xalqına həsr edən ulu öndər Heydər Əliyev qarşısına məqsəd kimi qoyduğu güclü və sarsılmaz Azərbaycan dövlətini yarada bildi. Onun sarsılmaz iradəsi və uzaqgörən siyasəti nəticəsində xalqımız öz milli kimliyinə qovuşdu. Zəmanəsinin çətinliklərinə baxmayaraq, Onun müdrikliyi sayəsində hər bir problem asanlıqla dəf edilərək xalqımız üçün işıqlı gələcəyə yol açıldı. Bu gün məhz üçrəngli bayrağımızın açıq səmamızda dalğalanması ulu öndər Heydər Əliyevin dühası sayəsində mümkün olmuşdur. Ulu öndərin zəngin irsini mənimsəmiş olan Prezident İlham Əliyev də Onun ideyalarını əzmlə davam etdirərək Azərbaycan xalqını dünyanın ən zəngin və mütərəqqi xalqaları sırasına çıxıb".

Altay İsmayılov: "Xalqımızın başı ulu öndərin dühası ilə həmişə ucadır"

Ümummilli liderimizin adı müstəqil Azərbaycanın adı ilə bağlıdır deyən YAP Göygöl rayon təşkilatının sədri Altay İsmayılov tarixi şəxsiyyətlərin yüz ildə bir dəfə yetişdiyini bildirib. Qeyd edib ki, xalqımız bu baxımdan çox xoşbəxtdir ki, onun ulu öndər Heydər Əliyev kimi oğlu yetişib. Bu şəxsiyyətin dühası ilə müstəqil və azad Azərbaycanın yarandığını bildirən A.İsmayılov qədirbilən xalqımızın bu zəngin irsə daima yüksək hörmətlə yanaşdığını söyləyib: "Müasir Azərbaycan dövlətinin yaranması və özünü dünya dövlətləri sırasında layiqli formada təmsil etməsi ulu öndər Heydər Əliyev adı ilə bağlıdır. Çünki Onun tükənməz enerjisi sayəsində dövlətimiz və dövlətçiliyimiz təşəkkül tapdı. Dünya dövlətləri sırasında ən layiqli formada təmsil olunan dövlətimiz Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində daha da mütərəqqi ideyalarla zənginləşməkdədir. Bunun isə kökündə ulu öndər Heydər Əliyevin müəyyənləşdirmiş olduğu düzgün və uğurlu siyasətin dayandığı hər kəsə bəllidir. Bu baxımdan da millətimiz öz xoşbəxt gələcəyi naminə ulu öndər Heydər Əliyev ideyalarına sadiqliyini və Prezident İlham Əliyevə sədaqətini bu ideyalar ətrafında sıx birləşməkdə görür".

Meydanəli Yolçuyev: "Milli kimliyimizin dərki Heydər Əliyevə bağlıdır"

Azərbaycan tarixində ulu öndər Heydər Əliyev səhifəsinin zənginliyi Onun öz xalqına və dövlətinə qarşı sonsuz məhəbbəti ilə izah olunur deyən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev 14 iyul tarixinin də xüsusi yeri malik olduğunu bildirib. Onun sözlərinə görə, milli düşüncənin formalaşmasında ulu öndərin idarəsi və qətiyyəti öz yerini sübut etmiş oldu: "Bunun nəticəsi olaraq millətimizin daha sağlam və firavan gələcəyi naminə tarixi şəxsiyyət tərəfindən mühüm addımlar atıldı. Sovet ölkəsinin ayrı seçkiliklərinə baxmayaraq, Heydər Əliyev azərbaycanlı gənclərin gələcəyi naminə həmişə əlindən gələn bütün işləri görmüşdür. Baxmayaraq ki, həmin dövrlərdə milli düşüncə və azadlıq ruhu bir qədər ləng inkişaf edirdi, Heydər Əliyev öz xalqına dərin və tükənməz məhəbbətinin təcəssümü olaraq gecə-gündüz çalışırdı. Nəhayətdə Onun Azərbaycan tarixində 40 illik zəngin bir fəaliyyət xətti bugünümüz üçün məktəb oldu. Çünki ulu öndərin qurub-yaratmış olduğu müstəqil və güclü Azərbaycanın gələcəyi gənclərin əlində olduğu üçün onlar daima bu zəngin irsi dərindən mənimsəməlidirlər. Ulu öndərimizin ən layiqli davamçısı Azərbaycanı günü-gündən daha da yüksək zirvələrə ucaldan Prezidentimiz İlham Əliyev cənabları da görmüş olduğu, gördüyü və görəcəyi işləri ilə xalqımızın dərin məhəbbəti ilə əhatə olunub".

Bəxtiyar Abbasov: "Ulu öndər Heydər Əliyev millətimizi millətlər içində tanıtdırdı"

Böyük və əvəzolunmaz lider olan Heydər Əliyev özünün uzaqgörənliyi və müdrikliyi sayəsində xalqımızı ağ günə çıxdığını deyən YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov milli düşüncəmizin formalaşmasında 14 iyul tarixinin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, bu tarix Azərbaycan tarixində mühüm əhəmiyyət daşıyan tarixi günlərlə eynilik təşkil edir. Bu tarixin də mərkəzində milli qurtuluşa aparan yolun dayandığını qeyd edən B.Abbasov millətimizin bir millət kimi millətlər içində tanınmasında ulu öndər Heydər Əliyevin atmış olduğu addımların mühümlüyünə də toxunub. Vurğulayıb ki, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinə nəzər saldıqda, Onun milləti və xalqı üçün gördüyü işlər bir daha göz önündə canlanır.

Digər xəbərlər