PDF Oxu

Sosial

  • 9

YUNESKO 2009-cu ili Beynəlxalq Savadlılıq Mükafatı elan edib

YUNESKO 2009-cu ili Beynəlxalq Savadlılıq Mükafatı elan edib
YUNESKO tərəfindən BMT-nin Savadlılıq Dekadası çərçivəsində 2009-cu ili Beynəlxalq Savadlılıq Mükafatı elan edilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə əsasən, savadlılıq sahəsində səmərəli təcrübə və uğurlu nəticələr əldə edən şəxslər, hökumət və ya dövlət agentlikləri, eləcə də qeyri-hökumət təşkilatları bu mükafat uğrunda mübarizədə iştirak edə bilərlər. YUNESKO Savadlılıq Mükafatı 80.000 ABŞ dolları dəyərində olmaqla 4 mükafatdan ibarət olacaq. Bunlardan biri YUNESKO-nun Kral Sejong Savadlılıq Mükafatı (2 mükafat) və YUNESKO-nun Konfutsi Savadlılıq Mükafatıdır (2 mükafat).
Kral Sejong mükafatının təltif edilməsi zamanı əsas diqqət ana dilindən istifadənin genişləndirilməsinə yönəlir. Konfutsi mükafatı isə kənd əhalisinin və məktəbə getməyən gənclərin, o cümlədən qadın və qızların savadının artırılmasına yönəldilmiş nəzərə çarpan fəaliyyətlərin qiymətləndirilməsi və mükafatlandırılması məqsədini daşıyır.
Mükafatlar cari ilin sentyabrın 8-i Beynəlxalq Savad Günündə YUNESKO tərəfindən təşkil olunacaq beynəlxalq mərasimdə təqdim ediləcək. Müsabiqədə iştirak etmək arzusunda olan namizədlər sənədlərini və müvafiq qaydada doldurulmuş ərizə formasını cari ilin iyunun 29-dək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər.

Digər xəbərlər