Şahin Mustafayev: “Sahibkarlığın inkişafı üçün aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir”
Azərbaycanda sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Bu sözləri İqtisadi İnkişaf naziri Şahin Mustafayev deyib.
O, qeyd edib ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu "Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin təkmilləşdirilməsi sahəsində dünyada ən islahatçı ölkə elan edilmişdir.
Şahin Mustafayev bildirib ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrası ölkədə iqtisadi inkişafın sürətlənməsinə, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına və yoxsulluq səviyyəsinin aşağı düşməsinə səbəb olmaqla, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayacaqdır. Ölkədə istehsalın genişləndirilməsinə, qeyri-neft sektorunun sürətli inkişafına, infrastrukturun və investisiya mühitinin daha da yaxşılaşmasına, həmçinin iqtisadiyyata cəlb olunan sərmayələrdə ölkənin daxili resurslarının payının artırılmasına nail olmaq növbəti illərdə qarşıda duran əsas vəzifələrdəndir. Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib