PDF Oxu

Sosial

  • 13

Anar Ələkbərov: “Moskva beynəlxalq elmi konfransı əlamətdar hadisədir”

Anar Ələkbərov: “Moskva beynəlxalq elmi konfransı əlamətdar hadisədir”
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı əlaqəsi" mövzusunda Moskva Beynəlxalq elmi konfransında iştirak edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib ki, sosial baxımdan əhəmiyyətli hadisə olan bu tədbir yüksək səviyyədə keçirilib:
"Ölkəmiz üçün taleyüklü əhəmiyyəti olan 15 iyun tarixi xalqımızın əsas milli bayramlarından biridir və həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda geniş qeyd olunur. Bu gün Azərbaycan xalqı, hər bir azərbaycanlı üçün əlamətdar gündür və Moskvada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş böyük elmi konfransın keçirilməsi bizim üçün, Heydər Əliyev Fondunun nümayəndələri üçün çox mühüm və əlamətdar hadisədir. Beynəlxalq elmi konfransın formatı, Rusiyanın adlı-sanlı alimlərinin iştirakı və çıxışları, həmçinin konfransın mövzusu böyük əhəmiyyətə malikdir. Bildiyiniz kimi, Heydər Əliyev Fondu bu yaxınlarda beşillik yubileyini qeyd etmiş və həmin dövrdəki fəaliyyətinə yekun vurmuşdur. Heydər Əliyev Fondunun əsas məqsədi Azərbaycan xalqının ümummilli liderinin ideyalarını və başladığı böyük işləri davam etdirməkdir. Sevindirici haldır ki, konfransın qonaqları Fondun müxtəlif sahələrdəki əhəmiyyətli layihələrinə xüsusi diqqət yetirmişlər. Konfrans olduqca maraqlı keçmiş, xeyli yeni ideya, alimlərin Azərbaycandakı tarixi hadisələrə və ölkəmizin tarixində şəxsiyyətin roluna baxışlarına dair fikirləri səsləndirilmişdir. Diqqətəlayiq haldır ki, bu hadisəyə təkcə Azərbaycan tərəfi deyil, Rusiya ziyalıları da böyük əhəmiyyət verirlər.Tədbirdə fəal mövqelərinə və səmərəli iştiraklarına görə REA-nın Fəlsəfə İnstitutuna və digər tərəfdaşlarımıza dərin minnətdarlığımızı bildiririk. Bu nüfuzlu institutla böyük məmnuniyyətlə əməkdaşlıq edən Fondumuz institutun tanınmış alimlərindən təkcə Rusiyada deyil, Azərbaycanda da bir sıra müştərək tədbirlər keçirilməsi barədə təkliflər almışdır. Fəlsəfə İnstitutunun və bəzi universistetlərin əməkdaşları dəfələrlə Azərbaycanda olmuşlar və biz qarşılıqlı surətdə faydalı olan bu əməkdaşlığı davam etdirməyi planlaşdırırıq". Anar Ələkbərov hər il ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sosial-siyasi və fəlsəfi mövzularda qiraətlərin keçirilməsi təşəbbüsünü də yüksək qiymətləndirib.

Digər xəbərlər