PDF Oxu

Sosial

  • 13

22 May Beynəlxalq Bioloji Müxtəliflik Günüdür

22 May Beynəlxalq Bioloji Müxtəliflik Günüdür
Hər il 22 may Beynəlxalq Bioloji Müxtəliflik Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin İctimai İnformasiya Departamentindən verilən məlumata əsasən, bu gün münasibətilə BMT-nin Baş katibi Ban Gi Mun müraciət qəbul edib. Müraciətdə bioloji müxtəlifliyin pozulmasının sürətlə davam etməsi təəssüf hissi ilə vurğulanır.
Qeyd olunur ki, 2002-ci ildə Yohannesburqda Davamlı İnkişafa dair Ümumdünya Sammitində iştirak edən dünya liderləri, 2010-cu ilə kimi bioloji müxtəlifliyin pozulması templərinin əhəmiyyətli dərəcədə azalmasına nail olmaq barədə razılığa gəldilər. Bu öhdəlik 2005-ci ildə keçirilən dünya sammitində yenidən bəyan olundu. Samitdə, eyni zamanda, 2010-cu ilədək təbii ehtiyatların itki dərəcəsini əhəmiyyətli dərəcədə azaltmaq məqsədi daşıyan sazişin əldə edilməsinə baxmayaraq, bioloji müxtəliflik sahəsində tənəzzül yaradan bu təhlükə hələ də gündəmdədir. Buna səbəb isə çox zaman iqlim dəyişikliyinin artmaqda olan təsiri ilə bağlı olan meşələrin məhv edilməsi, məskunlaşmada dəyişiklik və torpaq eroziyasıdır. 2010-cu il üçün nəzərdə tutulan bioloji müxtəliflik göstəriciləri artıq tam şəkildə Minilliyin İnkişaf Məqsədləri çərçivəsinə daxil edilib və beynəlxalq ictimaiyyət 2010-cu ili Beynəlxalq Bioloji Müxtəliflik İli kimi qeyd edəcək.
Gələn il qeyd olunacaq Beynəlxalq Bioloji Müxtəliflik İlində başlıca məqamlara BMT-nin Baş Assambleyasının yüksək səviyyəli görüşü, habelə, Yaponiyanın Naqoya şəhərində Bioloji Müxtəliflik haqqında Konvensiya Tərəfdarlarının Konfransı çərçivəsində 10-cu görüşü daxildir. Bu tədbirlər planetin ekosistemlərini qorumaq üçün gələcək strategiyaların yaradılmasına kömək edəcək. Zəbtedici yad növlərin zərərli artımına nəzarət etmək və bioloji müxtəlifliyin yox olmasına gətirib çıxaran digər səbəbləri aradan qaldırmaq daha çox təxirəsalınmaz məsələyə çevrilir.
Bioloji müxtəliflik Yer kürəsində həyatın təməli və davamlı inkişafın əsas dayaqlarındandır. BMT-nin Baş katibi də 22 May Beynəlxalq Bioloji Müxtəliflik Günü ilə bağlı müraciətində bütün hökumətlər, təşkilatlar və fərdləri planetdə həyatı qorumaq səylərini bir daha artırmağa çağırıb.

Digər xəbərlər