PDF Oxu

Sosial

  • 8

Təhsil Nazirliyinin nümayəndələri Heydər Əliyev Fondunda olublar

Təhsil Nazirliyinin nümayəndələri Heydər Əliyev Fondunda olublar
Mayın 4-də Təhsil Nazirliyinin nümayəndələri Heydər Əliyev Fondunda olublar. Qonaqlara Fondun beşillik fəaliyyəti haqqında ətraflı məlumat verilib. Nazirliyin nümayəndələri dünyanın tanınmış siyasi xadimlərinin xalqımızın dahi oğluna bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, ümummilli liderin dövlət təhlükəsizliyi orqanlarında, Moskvada yüksək dövlət vəzifəsində işləyərkən çəkilmiş şəkilləri, ailə albomu, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olublar. Bildirilib ki, ümummilli lider elm, təhsil, mədəniyyət və incəsənət xadimlərinə daim diqqət və qayğı ilə yanaşıb. Fondun fəaliyyətini əks etdirən videofilm qonaqlarda xüsusi maraq doğurub. Filmdə Fond tərəfindən son illərdə Azərbaycanda təhsil, səhiyyə və mədəniyyət sahəsində həyata keçirilən mühüm layihələr əksini tapıb. Fondun 5 illik yubileyi münasibətilə nazirliyin adından xoş sözlərin və arzuların yazıldığı təbrik məktubu oxunub. Təhsil naziri Misir Mərdanov əlamətdar yubiley münasibətilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı təhsil işçiləri adından təbrik edərək, Fondun təhsil sahəsində həyata keçirdiyi böyük layihələrin əhəmiyyətini vurğulamış, diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Digər xəbərlər