PDF Oxu

Sosial

  • 11

Samboçularımız beynəlxalq yarışa qatılacaqlar

Samboçularımız beynəlxalq yarışa qatılacaqlar
İdmanın sambo növü Azərbaycanda özünün dirçəliş dövrünü yaşayır. Hələ Sovet ittifaqı zamanında sambo ustalarımız dünya arenalarında daim yüksək yerlər uğrunda mübarizə aparıb, mükafatlar qazanablar.
Budur, idman ənənəsi davam etdirilir. Bir müddət əvvəl cambo üzrə Bakı birinciliyində mükafatçılar arasında yer tutmuş Turan Abışov Qubada keçirilmiş yarışda da iknci yeri qazanaraq beynəlxalq yarışda Azərbaycanı təmsil etmək hüququ əldə edib. İnanırıq ki, Turanın gün-gündən inkişaf etməsi, ustalığını artırması onun gələcək qələbələri üçün stimul olacaq.
Xatırladaq ki, Turanla birlikdə yarışlarda qələbə qazanmış və beynəlxalq arenada ölkəmizi təmsil edəcək idmançılar da var. Samboçulardan Rəcəbov Bəhruz (İ yer), Qarayev Orxan (İ yer), Mehdiyev Valeh (İİİ yer) beynəlxalq yarışdan qələbə ilə dönəcəklərini bildirdilər. İnanmaq olar ki, samboçuların bu fikirləri sözgəlişi deyilməyib. Çünki onları bu yarışlara sambo üzrə dünya çempionu Səhliman Ağayev hazırlayır.

Digər xəbərlər