PDF Oxu

Sosial

  • 13

Bakı şəhərində ekoloji tarazlıq daha möhkəm formada qorunacaq

Bakı şəhərində ekoloji tarazlıq daha möhkəm formada qorunacaq

Prezident İlham Əliyevin Sədrliyi ilə ilin ilk rübünün yekunlarına dair keçirilən müşavirədə ölkəmizin iqtisadi-siyasi sahədə əldə etdiyi uğurlar diqqətə çatdırılmış, qarşıda duran vəzifələr qeyd olunmuşdur. Müşavirədə Prezident İlham Əliyev bir çox sahələrdə mövcud məsələlərin də həlli ilə bağlı aidiyyatı orqanlara tapşırıqlar və göstərişlər verdi.
Bu sahələrdən biri də ölkəmizin hər bir bölgəsində, xüsusilə, paytaxt Bakıda ekoloji tarazlığın qorunması istiqamətində atılan addımlar, görülən işlərlə bağlı idi. Qeyd olundu ki, Bakı şəhərində yaşıllıqların məhv edilməsi və ağacların kəsilməsi yolverilməzdir və bununla bağlı istənilən məsələ öz vacib qiymətini alacaq. Ölkəmizin aparıcı ekoloji ekspertləri və ictimai şəxsləri də müşavirədə səslənən fikirləri çox yüksək dəyərləndirirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşələrin inkişafı departamentinin direktor müavini Xəlil Ramazanov:

- Bütün ölkə vətəndaşları kimi, biz də Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən müşavirədə səslənən fikirləri dinləşmişik. Müşavirdə Prezident tərəfindən səslənəmiş olan fikirlər hər birimizin fəaliyyətinin istiqamtələndirlməsi üçün böyük bir göstərişdir və tələbdir. Eyni zamanda, vətəndaşlırımızın sağlamlığı naminə biz ekolokların qarşısına qoyulan mühüm bir vəzifədir. Düşünürəm ki, möhtərəm Prezidentimizin tapşırığına qısa bir vaxtda əməl olunacaq və yerinə yetiriləcəkdir. Qeyd etmək lazımdır ki, son vaxtlar, həqiqətən də, Bakı şəhərində bəzi şəxslərin və onlara yaxın olan işbazların dırnaqarası səyləri nəticəsində bir sıra ərazilərdə ulu öndər Heydər Əliyevin tapşırığı ilə salanmış yaşıllıqların korlanması hallarına yol verilib. Baxmayaraq ki, son illər respublikanın iqtisadiyyatında mövcud inkişafla bağlı park və xiyabanların salınması istiqamətində ciddi tədbirlər həyata keçirilib. Amma buna baxmayaraq, bəzi insanlar tərəfindən yaşıllıqların qırılması hallarına yol verilib. Bunun da başlıca səbəbləri Bakının ayrı-ayrı rayonlarında bu sahədə məsuliyyət daşıyan vəzifə sahiblərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun struktur bölmələri ilə razılaşdırılmadan, ekoloji ekspertizadan keçirilmədən torpaq sahələrinin tikintisi üçün istifadəyə verilməsidir. Bu səbəbdən də, Prezident İlham Əliyev keçirilən müşavirdə çox ciddi tapşırıq verib və bununla əlaqədar olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün strukturlarının iştirakı ilə toplantılar keçirilib, işçi qrupları yaradılıb. Artıq yaşıllıqların pozulması ilə bağlı nazirlikdə yaradılan komissiya bu sahədə intensiv iş apararaq qarşıya çıxan məsələlərin həlli ilə məşğul olacaq.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov:

- İlk növbədə, onu qeyd edim ki, cənab Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən müşavirə Azərbaycanın makroiqtisadi sahədə uğurlar əldə etməsi dövrünə təsadüf etmişdir. Bu, bir daha sübut edir ki, Azərbaycanda, dünyada baş verən qlobal maliyyə böhranının təsiri ciddi deyildir. Çünki keçirilən müşavirədə Prezident İlham Əliyev faktlarla göstərdi ki, "bizim təkcə ümumi daxili məhsulumuzun deyil, eyni zamanda, xarici ticarət dövriyyəmiz, ixracat balansımız və digər sahələrdə yüksək artım qeydə alınmışdır". Bütün bunlar isə, onu göstərir ki, ölkədə iqtisadiyyatın idarə olunması çox düşünülmüş və hərtərəfli işlənmiş bir konsepsiyaya əsaslanır. Bu, konsepsiyanın isə, müsbət nəticələri artıq göz önündədir. Eyni zamanda, onu da qeyd edim ki, keçirilən müşavirdə Prezident İlham Əliyev tərəfindən ölkədə ekoloji vəziyyətlə bağlı çox kəskin olaraq səslənən fikirlər də bu istiqamətdə bir sıra zəruri addımların atılmasına əsas verir. Prezident tərəfindən yaşıllıqların məhv edilməsi və ağacların kəsilməsi ilə yanaşı bu sahədəki neqativ halların tamamilə aradan qaldırılması ilə bağlı səslənən fikirlər mühüm prinsipləri özündə ehtiva edir. Ulu öndər Heydər Əliyev tərəfindən başlanmış, ekoloji tarazlığın qorunması və ağac əkini ilə bağlı olan məsələlər bu gün Prezident İlham Əliyevin aparmış olduğu uğurlu işlərin tərkib hissələrindən birinə çevrilib. Onu da qeyd etmək lazımdır ki, Bakı və Abşeron rayonu ərazsində mövcud olan yaşıllıqların böyük əksəriyyəti 1970-ci illərdə salınıb və bundan sonra da geniş miqyaslarda həyata keçirilib. Amma çox təəssüflər olsun ki, bu gün o yaşıllıqlara qarşı biganə bir münasibət vardır.
Bakı şəhəri coğrafi mövqeyinə görə, dəniz səviyyəsindən nisbətən aşağıda yerləşdiyi üçün bura olduqca xüsusi diqqət tələb edən bir şəhərdir. Eyni zamanda, Bakıda mühüm sənaye obyektləri yerləşdiyi üçün burada ekoloji problemlər mövcuddur. Ona görə də, məhz paytaxtda yaşıllıqların məhv edilməsi yolverilməz bir haldır. Ölkə Prezidentinin də bu məsələyə çox düzgün və ciddi reaksiyasını göstərdi və xeyli sayda ağacların əkilməsi barədə göstərişlər verdi. Bir Azərbaycan vətəndaşı və şəhər sakini kimi Prezident İlham Əliyevin bu təşəbbüsünü yüksək qiymətləndirirəm. Çünki dövlətimizin başlıca məqsədlərindən biri də insanlarımızın sağlamlığını təmin etməkdir.

"Ruzigar" Ekoloji Cəmiyyətinin sədri İslam Mustafayev:

- Ümumiyətlə, son illər ölkədə təbii ehtiyatların qorunması istiqamətində mühüm addımlar atılmaqdadır. Xüsusilə, 2006-2011-ci illərdə ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı verilən sərəncam ətraf mühitin qorunması yönündə vacib prinsiplərdən biri kimi qiymətləndirilir. Eyni zamanda, ölkə Prezidenti İlham Əliyev tərəfindən ekoloji tarazlığın qorunması ilə bağlı verilən qararlar və tapşırıqlar dövlətimizin hər bir vətəndaşının sağlam və təmiz şəraitdə yaşamasını təmin etmək baxımından mühüm vəzifələri özündə ehtiva edir. Onu da qeyd etmək lazımdır ki, 2008-ci ilin avqust ayında Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması və ötən gün Prezident İlham Əliyevin ilin birinci rübünün yekunlarına dair müşavirədə səsləndirdiyi fikirlər ekoloqlar və adi vətəndaşlar tərfindən yüksək qiymətləndirilir. Bir məqamı da vurğulamaq lazımdır ki, müəyyən ərazilərdə yaşıllıqların məhvi sırf dövlət ehtiyacları və ictimaiyyətin rahatlığı naminə atılan addımlar nəticəsində də baş verir. Qeyd etmək lazımdır ki, yeni-yeni yolların, körpülərin salınması da müəyyən vaxtlarda təbii yaşıllıqların məhvi ilə nəticələnir. Amma təəssüflə qeyd etmək lazımdır ki, magistral yolların və prospektlərin kənarlarında olan yaşıllıqlar son zamanlar kütləvi sürətlə məhv edilib. Baxmayaraq ki, həmin yaşıllıqlar əhalinin sağlamlığının təmin edilməsi baxımından vacibdir və onların heç bir halda məhvinə yol vermək olmaz. Bütün bunlara baxmayaraq, Bakı şəhərində müəyyən ictimai ehtiyaclar və kommersiya maraqları naminə bəzən yaşıllıqların məhvinə imkan yaradılıb. Xüsusilə, Nizami rayonu ərazisində, Qara Qarayev prospektinin hər iki ətrafında yerləşən yaşayış məntəqələri ilə böyük yolların arasında salınmış sanitar zonalar tamamilə məhv edilib. Ona görə də, bir paytaxt sakini kimi, bu cür halların baş verməsinə qarşı birgə mübarizə aparmalıyıq.

Digər xəbərlər