ŞƏHRİYAR MƏMMƏDYAROV-YEVGENİ ALEKSEYEV QARŞILAŞMASI HEÇ-HEÇƏ NƏTİCƏLƏNİB
Nalçikdə keçirilən FİDE-nin Qran-pri turnirində 7 tur oynanılıb. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiya nümayəndəsi Yevgeni Alekseyevlə görüşmüş və rəqiblər 52-ci gedişdə heç-heçə razılaşmışlar.
Hazırda həmyerlimiz 3,5 xalla turnir cədvəlində 7-10-cu yerləri bölüşür.
Digər qarşılaşmalar belə nəticələnib: Sergey Karyagin-Qata Kamski 1:0, Aleksandr Qrişuk-Vladimir Akopyan 0,5:0,5, Vasili İvançuk- Peter Leko 0,5:0,5, Etyen Bakro-Levon Aronyan 0,5:0,5, Peter Svidler-Rüstəm Kasımcanov 0,5:0,5, Boris Gelfand-Pavel Eljanov 0:1.