Məlum olduğu kimi, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Amnistiya Aktı qəbul edilib. Bunun da nəticəsində bir çox cinayət törətmiş şəxslər cəmiyyətə yenidən qayıtmış və yüzlərlə ailələrə sevinc bəxş edilib.
Fəzail ibrahimli,
millət vəkili:
- Milli Məclisin Amnistiya Aktının qəbulu haqqında qərarını mən bir millət vəkili, bir ziyalı kimi, çox müsbət qiymətləndiririrəm. Bu, ölkəmizin tarixində qanun layihəsidir. Mən buna görə, ilk növbədə, Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm. Bu qanun layihəsi həm də Azərbaycan Parlamentinin tarixində isə ən şərəfli səyifələrdən biridir. Bu Amnistiya Aktı minlərlə insanın sevincinə səbəb olub. Bu, humanist bir addımdır və hər bir ailəyə sevinc gətirən və məhbusluq həyatında yaşayan insanların yerdə qalan cəzasının bağışlayıb, onları azad həyata qovuşdurmaq, azadlığa buraxmaq, həqiqətən də, böyük bir savab işdir. Mən bu aktın qəbul olunmasına çox sevinirəm.
Araz Əlizadə,
ASDP-nin həmsədri:
- Bildiyiniz kimi, ölkənin birinci xanımı Mehriban Əliyeva belə bir qanun lahiyəsi ilə MM-ə müraciət etdi və parlament də bu qanun lahiyəsini qəbul etdi. Mən düşünürəm ki, bu Amnisitiya Aktı çox gözəl təşəbbüsdür. Çox yaxşı ki, Amnistiya Aktı qəbul edildi və hər bir məhbus ailəsinə sevinc gətirdi. Bu, məhbusluq həyatı yaşayanlara bir şans yaratdı ki, onlar öz sevdiyi analarına, bacılarına, ən önəmlisi də azad həyata qovuşdular.
Cəmil Həsənli,
millət vəkili:
-Mən bu amnistiya qərarının icrası ilə o qədər də yaxından tanış deyiləm. Qanunda qərarın icrası tənzimlənib. Bu, Amnistiya Aktının yerinə yetirilməsi deməkdir. Düzü, bu, çox böyük humanist addımdır. Cinayət törətmiş insanları bağışlamaq və törətdiyi cinayətin yerdə qalan cəzasından azad etmək, doğurdan da, çox böyük müsbət və humanist addımdır. Mən bir daha azadlığa qovuşan məhbusları, onların yaxınlarını təbrik edirəm.