PDF Oxu

Sosial

  • 6

AZƏRBAYCANIN MƏQSƏDİ ÖLKƏNİN ƏRAZİ BÜTÖVLÜYÜNÜ BƏRPA ETMƏKDİR

AZƏRBAYCANIN MƏQSƏDİ ÖLKƏNİN ƏRAZİ BÜTÖVLÜYÜNÜ BƏRPA ETMƏKDİR
Azərbaycanın son məqsədi yeddi rayonun qaytarılması yox, ölkənin ərazi bütövlüyünün bərpa olunması və Dağlıq Qarabağda icmalar arasında sülh yaradılmasıdır.
Bu sözləri xarici işlər nazirinin müavini Araz Əzimov BBC-nin rus xidmətinə müsahibəsində vurğulayıb.
Araz Əzimov vurğulayıb ki, erməni tərəfi qeyri-konstruktiv mövqe sərgiləyir: "Ölkənin ərazi bütövlüyünün bərpası deyərkən, Azərbaycan daim bəyan edir ki, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ regionunun ərazisində ən azı iki icmadan ibarət əhali yaşayacaq - azərbaycanlılar və ermənilər. Erməni tərəfi əhali problemi barədə danışarkən, yalnız erməni icmasını nəzərdə tutur".
Nazir müavini təəssüflə qeyd edib ki,  tərəflər azərbaycanlı əhalinin regiona qayıtması məsələsində hələlik tam anlaşmaya və aydınlığa gələ bilməyiblər. Azərbaycan tərəfi heç zaman Qarabağın erməni icması ilə əlaqələrin mümkünlüyünü istisna etməyib: "Belə əlaqələr var idi, var və ya ola bilər".
 A.Əzimovun sözlərinə görə, əhalinin statusu barədə məsələlərin müzakirəsi üçün normal şərait yaratmaqdan ötrü, ən azı iki icma arasında əməkdaşlığı, sülh və əmin-amanlığı təmin etmək lazımdır: "Bu məqsədlərə çatmaq üçün biz ən azı bir icmanın geri qayıtmasını və onlar arasında qarşılıqlı əlaqəni təmin etməliyik".

Digər xəbərlər