PDF Oxu

Sosial

  • 12

Konstitusiya dəyişikliyi sosial sifarişdir

Konstitusiya dəyişikliyi sosial sifarişdir

Mart ayının 18-də Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcək. Referendumda seçicilərə maksimum geniş seçim imkanı yaradılacaq. Bu mənada ki, onlar referenduma çıxarılmış 29 müddəanın hər birinə ayrı-ayrılıqda səs verə biləcəklər. Əsası ulu öndərimiz Heydər Əliyevin dövlət fəlsəfəsinə dayanan və 1995-ci ildə qəbul olunan Konstitusiyamız vətəndaşların hüquq və azadlıqlarının təminatı üçün hüququ baza yaradıb. Ekspetlər aşağıdakı maddələri şərh etdilər.

Ekspert Çingiz Bayramov:

- Vətəndaşların hüquq və azadlıqlarının tək məhdudiyyəti bir başqa vətəndaşın hüquq və azadlığıdır. Əslində, bu məhdudiyyət hüquq və azadlıqların başqalarının hüquqlarına zərər verəcək şəkildə istifadə edilməsininə mane olaraq, vətəndaş cəmiyyətində birgə yaşayış üçün hüquqi baza yaradır. Bu baxımdan, Konstitusiyamızın 71-ci maddəsinə təklif olunan "Hər kəsin hüquq və azadlıqları bu Konstitusyada qanunlarla müəyyən edilmiş əsaslarla, habelə, digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır" əlavəsi xüsusi əhəmiyyət daşıyır. Bu maddə ilə vətəndaşların hüquqlarının təminatı gücləndirilərək, ortaya çıxa biləcək qeyri-qanuni yollarda məhdulaşdırmaların qarşısını alır.
Konstitusiyamızın 72-ci maddəsinə əlavə edilməsi nəzərdə tutulan "hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya və ya qanunla qoyula bilər" əlavəsi, əslində, 71-ci maddəyə əlavə edilməsi təklif olunan maddənin məntiqi davamıdır. Bu maddə ilə vətəndaşların hüquq və azadlıqları artırılaraq onlara Konstitusiyamızda və qanunlarımızda nəzərdə tutulandan başqa, dövlət və digər inzibati orqanlar tərəfindən əlavə vəzifə qoyulmasının (məsələn, qanunda nəzərdə tutulandan daha artıq vergi ödənilməsini tələb etmək) qarşısının alınması məqsədini güdür.
Konstitusiyamızın 48-ci və 50-ci maddəsinə təklif olunan əlavələr də 71-ci maddəyə əlavə olunması təklif edilən bu prinsipə uyğundur. İnsanların ən təməl hüquqularından biri vicdan azadlığıdır. Konstittusiyamızın 48-ci maddəsində bütün vətəndaşlara istədiyi dinə etiqad etmək və ya etməmək və dini inancını idafə etmək və yaymaq hüququ verilmişdir. Bu maddəyə təklif olunan "Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz" şəkilində əlavə vicdan azadlığının təkmilləşdirilməsi ilə bərabər bu sahədə olan neqativ halların qarşısının alınmasına yönəlmişdir. Belə ki, son dövrlərdə müxtəlif fundamentalist dini təriqətlərin təsiri altına düşmüş insanların başqalarının, xüsusən də, ailə üzvlərinin və yaxınlarının da onlarla birgə dini mərasimlərdə iştirak etməyə, dini etiqadlarını nümayiş etdirməyə (baş bağlamaq, saqqal saxlamaq, ianələr tələb etmək və s.) məcbur etdiklərinin şahidi oluruq. Bu da vicdan və dini etiqad azadlığının təhrif edilməsinə gətirib çıxarır. Təklif olunan  əlavə bu sahədə qanunvericilikdə olan boşluğun ortadan qaldırılması üçün hüquqi baza yaradır.
Konstitusiyamızın 50-ci maddəsində hər kəsə qanunu yolla istədiyi məlumatı almaq və yaymaq hüququ verilib. Vətəndaşların məlumat alma hüququndan istifadə edərkən başqalarının hüquqlarının pozulmasının qarşısının alınması üçün bu maddəyə "hər kəsin haqqında dərc edilmiş və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququ vardır" əlavəsinin edilməsi təklif edilib.

Digər xəbərlər