PDF Oxu

Sosial

  • 8

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi müraciət qəbul etdi

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi müraciət qəbul etdi
Dədə-baba torpaqlarımız zaman-zaman düşmən təcavüzünə məruz qalıb. Yurd yerlərimiz işğal olunub, dinc sakinlər vəhşicəsinə qətlə yetirilib. XX əsrdə 3-cü dəfə yandırılan, yerlə yeksan edilən Xocalı kəndi (şəhəri) də belə yurd yerlərimizdəndir. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Rusiyaya məxsus 366-cı motoatıcı alayın şəxsi heyətinin və erməni daşnaklarının köməyilə viran edilən Xocalının sağ qalan sakinləri bu gün respublikamızın 53 şəhər və rayonunda məskunlaşıb.
Bu gün biz, hamılıqla Xocalı soyqırımının nə qədər ağır faciə olduğunu, Azərbaycan xalqına hansı böyük zərbəni vurduğunu dərk edirik. Eyni zamanda, onu da bilirik ki, Azərbaycan xalqının başına gətirilən bəlalar onun iradəsini qırmayıb və qıra da bilməyəcək.
Biz Xocalı soyqırımıın 17-ci ildönümü ilə əlaqədar, Azərbaycan xalqına və bütün türkdilli xalqlara dərin hüznlə başsağlığı verir, faciə qurbanlarının ruhu qarşısında baş əyirik.
Eyni zamanda, respublikanın hüquq-mühafizə orqanları tərəfindən Xocalı soyqırımına hüquqi qiymət verilməsi üçün köməklik göstərəsiniz. Aşağıdakı təkliflərin dövlət və hökumət orqanları tərəfindən dəyərləndirilməsini məqsədəuyğun hesab edirik: Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Xocalı soyqırımına hüquqi qiymət verilsin, Bakıdakı 1-ci Şəhidlər Xiyabanında və düşmən tapdağından azad olunacaq Xocalı şəhərində soyqırım muzeyləri yaradılsın, Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan başda olmaqla Xocalı faciəsini törədənlər barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda toplanmış müvafiq sənədlər HAAQA Beynəlxalq Hərbi Tribunalına və Avropa İnsan Haqları Məhkəməsinə göndərilsin.

Digər xəbərlər