Futbolun əsas 5 qaydası dəyişdirilir
IFAB rəsmi matçlarda 4-cü oyunçu dəyişikliyinə icazə verə bilər. Bir şərtlə ki, axırıncı əvəzləmə uzatma dəqiqələrində edilsin. Bundan başqa, sarı vərəqəyə görə, hokkey və həndboldakı kimi, oyunçuların 5 və ya 10 dəqiqə cəzalandırılması mümkündür. Hissələr arasındakı fasilənin isə 15 dəqiqədən 20 dəqiqəyə artırılacağı gözlənilir.
Hakimlərin sayının 5-ə çatdırılması da İFAB-ın iclasında rəsmiləşəcək. Eyni zamanda, qaydalarda baş məşqçilər üçün yazılmış "Komandasına tapşırıqlarını verdikdən sonra öz yerinə qayıtmalıdır" sözü aradan götürüləcək. Bundan sonra baş məşqçilərin "texniki zona"da sərbəst davranmalarına imkan yaradılacaq.