Qus Hiddink “Çelsi”nin baş məşqçisi oldu
63 yaşlı mütəxəssis yeni vəzifədə iki gün öncə istefaya göndərilmiş braziliyalı Luis Felipe Skolarini əvəzləyib. Bununla da o, mayın sonunadək həm Rusiya yığmasını, həm də "Çelsi"ni çalışdıracaq.
Hiddink rusiyalıların Azərbaycan milli komandasına qarşı martın 28-də Moskvada keçirəcəkləri dünya çempionatının seçmə mərhələsinin oyununa həm də "Çelsi"nin baş məşqçisi kimi çıxacaq. O, London klubunun üzvləri ilə bu həftə görüşəcək. Onun "Çelsi"də 4 ay ərzində 2,5 milyon funt sterlinq qazanacağı gözlənilir.