Dinarə Gimatova hakim kimi fəaliyyətə başlayıb
Bir çox beynəlxalq yarışlarda atlet kimi mükafatçılar sırasına düşmüş gimnastımız, artıq dünyanın digər ölkələrində keçiriləcək yarışlara hakim kimi dəvətlər alıb. Təcrübəli gimnast 2 həftədən sonra Estoniyada keçiriləcək beynəlxalq turnirdə ilk dəfə olaraq ölkə hüdudlarından kənarda hakim kimi iştirak edəcək.