Taekvando yığmamız “A klass” turnirinə qatılacaq
Menecer bildirib ki, hələ ki, bu yarışa hazırlıq prosesləri başlamayıb. Yaxında idmançılar təlim-məşq toplanışlarına qatılacaqlar. Nağı Səfərovun sözlərinə görə, taekvando üzrə yığma komandanın heyəti də müəyyən olub.
Qeyd edək ki, Azərbaycan çempionatında 1-ci yeri tutan idmançılardan başqa, 3-cü yerin sahibləri də seçim yolu ilə yığmanın heyətinə cəlb ediləcəklər. Nağı Səfərov bildirib ki, fevral ayının 6-da ABŞ-ın açıq çempionatına qatılmalı olan yığma komandamız, sənədlərin vaxtında qaydaya salınmaması, yığmanın heyətinin gec müəyyənləşməsi və s. səbəblərə görə yarışda iştirak etməyəcək. O, qeyd edib ki, federasiyanın Azərbaycan çempionatının nəticələrini gözləməsinə görə, yığmanın heyəti gec müəyyənləşib.