- Bu gün Beynəlxalq Jurnalistlər Assosiasiyasının yaradılması günüdür. Bu qurumun yadılmasını doğuran zərurətlər barədə nə deyə bilərsiniz?
Hikmət Babaoğlu:
- Dünya qloballaşdıqca informasiya öz məkanını itirməyə başladı. Beləliklə, dünyanın hər bir guşəsində, küncündə baş verən hadisələr həm məahiyyət, həm də surət etibarilə o qədər cəlbedici oldu ki, jurnalistlərin fəaliyyətinin koordinasiya olunması zərurəti meydana çıxdı. Bu həm informasiyanın operativliyinin və qərəzsizliyinin təmin olunması, eyni zamanda informasiya ötürücülərinin təhlükəsizliyi baxımından müəyyən tədbirlərin həyata keçirilməsi zərurəti yarandı. Bilirik ki, beynəlxalq təşkilatlar bütövlükdə müasir mənada XX əsrin ortalarından sonra yaranmağa başlayıb. Ötən əsrin ortalarından sonra Beynəlxalq Jurnalistlər Assosiasiyasının yaradılması da məhz bu zərurətdən doğur. Ona görə də ayrı-ayrı regionlarda yaranan assosiasiyalar birləşərək Beynəlxalq Jurnalistlər Assosiasiyasını yardıblar. Bu qurumun yaradılması jurnalistlərin informasiya almasını asanlaşdırılması, onların təhlükəsizliyinin təmin olunması, işgüzar sferanın yaradılması məqsədi daşıyır. Bu cür beynəlxalq təşkilatlar, bir sıra vəzifələri yerinə yetirməklə bərabər eyni zamanda, jurnalistikanın tarixinə yeni bir mərhələ açmış, yeni keyfiyyət gətirmiş oldu. Əgər bu gün biz çox sürətlə dünyanın hər hansı bir guşəsində baş verən hadisə ilə bağlı informasiya alırıqsa, bunun üçün bir tərəfdən də junalistika sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara borcluyuq. Çünki onlar əldə olan bütün imkanları səfərbər edərək jurnalistlərin operativ informasiya ötürmək üçün təhlükəsizliklə təmin olunması ilə bağlı mühüm işlər həyata keçirirlər.
- Ümumilikdə dünyada qaynar nöqtələrədə çalışan jurnalistlərin zorakılıqlara məruz qalması, öldürülməsi halları baş verməkdədir. 1946-cı ilin bu günündə yaradılan Beynəlxalq Jurnalistlər Assosiasiyası bu problemlərin həllinə necə yardımçı ola bilər? Fəlakətdən sığortalanmaq, qaçmaq jurnalistlərə müyəssər ola bilərmi?
Fərid Şahbazlı:
- Jurnalistlərin peşə fəaliyyəti təhlükəsizliklə bağlı xəbər alma imkanı nəinki BJA-nın, həmçinin, bütün jurnalist təşkilatlarının qanunvericilik orqanında öz əksimi tapır. Xüsusilə də, müxtəlif münaqişələrin baş verdiyi qaynar nöqtələrdə jurnalistlərin informasiya almasında çox ciddi problemlər yaranır, hətta onların həyatı üçün təhlükə yaranır. Hesab edirəm ki, bütün dünya ölkələri və jurnalist təşkilatlarırın məqsədi odur ki, həmin ekstremal jurnalistikanın inkişafına dəstək ola bilsinlər. Bu sahədə çalışan jurnalistlərin həyat və fəaliyyəti üçün təhlükəsizliyin təmin olunması üçün şərait yaratsın. Bütün bu münaqişə ocaqlarında, bu yerlərdəki fəaliyyətlərində xüsusi ilə diqqətli olmalıdırlar. Amma jurnalistlər operativ və dəqiq informasiya almaq, bunu cəmiyyətə düzgün şəkildə çatdırmaqla məşğul olmalıdırlar. Bu baxımdan jurnalistlərin fəaliyyəti, xüsusilə qaynar nöqtələrdə diqqətə götürülməli, onların təhlükəsiz fəaliyyətləri üçün beynəlxalq təşkilatlar, o cümlədən, xarici dövlətlərin müvafiq qurumları tərəfindən müvafiq addımlar atılmalıdır.
- Bəzən yaradılan demokratik şəraitdən, söz və mətbuat azadlığı imkanlarından sui-istifadə hallarına yol verən bir sıra qəzetlər olur. Bu cür neqativ halların aradan qaldırılması imkanları nə dərəcədədir?
Müşfiq Ələsgərli:
- Çox təəssüflə qeyd etmək lazımdır ki, bu cür hallar Azərbaycanda mövcuddur. 1999-cu ildə ən demokratik media qanunvericiliyi qəbul edilib və 2003-cü ilə qədər onub təkmilləşməsi prosesi gedib. Postsovet məkanın da ilk dəfə olaraq Azərbaycanda mətbuata özünü tənzimləmə statusu verilir. Təəssüf ki, qanunvercilik bu imkanlardan müsbət mənada istifadə edənlərlə yanaşı, neqativ məqsədlər üçün istifadə edənlər də var. Bu qanun pozuntularının qarşısının alınması qanunvericiliyə əsasən mətbuatın özünə tapşırılıb. Azərbaycanda mətbuatın özünü tənzimləmə mexanizmi qurulub və işlərin həyata keçirilməsi üçün 2003-cü ildə Mətbuat Şurası yaradılıb. Hazırda bu şura proseslərin tənzimlənməsi ilə məşğuldur. Şurada 6 komissiya fəaliyyət göstərir ki, bunun da ikisi mətbuatda baş verən neqativ halların aradan qaldırılması ilə məşğuldur. Proses bundan ibarətdir ki, hər hansı bir media qurumunun qeyri-qanuni hərəkəti ilə rastlaşan vətəndaş, məmur və ya insanlar Mətbuat Şurasına müraciət edirlər. Bu məsələ ilk öncə şuranın katibliyində araşdırılır, barışdırıcılıq mümkün olmursa, bu, şikayətlər komissiyasına ötürülür və o da hər iki tərəfin dinlənilməsini keçirməklə bu məsələyə hüquqi qiymət verməyə çalışır. Peşə davranış qaydalarına əməl etməyə hər kəs borcludur. Həmin prizmadan şikayət daxil olan mətbuat orqanının vəziyyətini araşdırırıq. Şikayət edən tərəf nə dərəcədə haqlıdır və ya şikayət edilən redaksiya bu peşə davranış qaydalarını hansı dərəcədə pozur. Yenə də onu dəyərləndirib hüquqi qiymət verildikdən sonra günahkar tərəfə müracitə edilir ki, o öz səhvini düzəltsin. Şikayətlər Komissiyasının qərarı aşağıdakı prosedurlar əsasında keçirilir:
Əvvəlcə təklif olunur ki, hüquqi pozulmuş tərəfin və yaxud da da hər hansı bir sosial təbəqənin nümayəndəsinin səsləndirdiyi bəyanat, istək məktubu həmin KİV qurumunda dərc olunmalıdır. Bundan sonra, əgər xəta böyükdürsə, həmin KİV-in redaksiyasına xəbərdarlıq elan olunur, əgər yox bütün həddlər aşılıbsa həmin redaksiyaya ciddi xəbərdarlıq olunur ki, öz səhvlərini düzəltsin. Əgər şikayət ikinci dəfə təkrar olunarsa, həmin vaxtı KİV-in redaksiyasına ciddi xəbərdarlıq edilir. Artıq sonda şikayətlər komissiyasının verdiyi təqdimat əsasında Mətbuat Şurası tərəfindən qərar qəbul olunur.
- "Diffamasiya haqqında" qanun qəbul olunması məsələsi yenidən gündəmə gəlib. Bu mövqedə çıxış edən daha çox şər, böhtan yazan qəzet rəhbərləridir. Sizcə bu qanunun qəbuluna zərurət varmı?
Hikmət Babaoğlu:
- "Diffamasiya haqqında" qanun jurnalistlərin peşə fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb olunmasının qarşısını almaq üçün nəzərdə tutulan bir qanundur. Bildirmək istəyirəm ki, bütövlükdə Azərbaycan mətbuatında jurnalistika fəaliyyətinə görə həbs olunan və ya cinayət məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq cinayət məcəlləsinə cəlb olunan jurnalist mən tanımıram. Bəzi jurnalistlər var ki, onların adını hətta beynəlxalq təşkilatlara qədər aparıb çıxarıblar. Elə jurnalistlər var ki, onlar həbsxanada olsa belə jurnalistika fəaliyyəti müxtəlif səbəblərdən məhdudlaşdırılmayıb. Məsuliyyətə cəlb olunmuş və tədric edilmiş jurnalistlər həbsxanadan belə öz istədiklərini, fikirlərini Azərbaycan mətbuatı vasitəsilə həyata keçirir, dünya ictimaiyyətinə çatdırırlar. "Diffamasiya haqqında" qanun qəbul edilsə də, edilməsə də peşə fəaliyyətinə görə Azərbaycanda jurnalistlər həbsə atılmırlar. Buna cəhd olunsa belə müxtəlif səbəblərdən bunun qarşısı alınır. Hətta bir qəzelə bağlı belə qərar qəbul edilərkən bir başa cənab Prezidentimiz İlham Əliyevin müdaxiləsindən sonra bunun qarşısı alınıb. Yəqin ki, "Diffamasiya haqqında" qanun qəbul olunacaq. Bu barədə Azərbaycan rəsmilərinin mövqeyi var. "Diffamasiya haqqında" qanun bizi məsuliyyətdən azad etmir, cinayət məcəlləsi olmasa belə ən azından ictimayyət, vətəndaşlar qarşısında, məsul olduğu dövlət qarşısında onun məsulliyyəti var.