PDF Oxu

Sosial

  • 8

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səfərə hazırlaşır...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səfərə hazırlaşır...

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan Teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirmək üçün respublika və beynəlxalq səviyyəli festivalların, elmi-praktik konfransların, habelə, paytaxtda fəaliyyət göstərən dövlət teatrlarının ayrı-ayrı bölgələrimizdə yaşayan əhali ilə görüşlərin təşkili və tamaşaların nümayişi nəzərdə tutulmuşdur. Bu il iyun ayının 21-dən 27-nədək Lənkəran şəhərində keçiriləcək "Yeni Teatr" II Respublika Festivalı məhz Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Dövlət Proqramı çərçivəsində artıq ikinci dəfə reallaşacaqdır. Sözügedən festivalda iştirak etmək üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi iyun ayının 24-də Lənkəran şəhərinə yola düşəcəkdir. II Respublika Festivalında teatr Braziliya dramaturqu G. Fiqeyredonun "Ezop" tamaşası ilə çıxış edəcəkdir.

Digər xəbərlər