PDF Oxu

Sosial

  • 8

Belçikada Kompendium Müəlliflərinin 10-cu Assambleyası keçirilib

Belçikada Kompendium Müəlliflərinin 10-cu Assambleyası keçirilib

Avropa Şurası, Avropa Müqayisəli Mədəni Tədqiqatlar İnstitutu ("ERİK-arts") və Belçika hökuməti tərəfindən Gent şəhərində birgə təşkil olunmuş Kompendium Müəlliflərinin 10-cu Assambleyası və "Avropada fəal mədəni iştirak" mövzusunda beynəlxalq konqresdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyini Kompendium layihəsinin milli müəllifi Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli təmsil edib.

Hər iki tədbirdə Avropa Şurası, Avropa Müqayisəli Mədəni Tədqiqatlar İnstitutu ("ERİK-arts"), AMATEO Avropa Şəbəkəsi, İFAKKA, Avropa Mədəniyyət Fondu və digər beynəlxalq təşkilatların nümayəndə heyətləri, Almaniya, Avstriya, Azərbaycan, Belçika, Bolqarıstan, Çexiya, Ermənistan, Finlandiya, Hollandiya, Xorvatiya, İrlandiya, İspaniya, İtaliya, Latviya, Litva, Macarıstan, Makedoniya, Malta, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Sloveniya, Ukrayna və Yunanıstanın Kompendium üzrə milli müəllifləri iştirak edib.

İlk gün təşkil olunan "Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu" milli müəlliflərin 10-cu Assambleyası zamanı layihənin daxili məsələləri, o cümlədən, 2010-cu ildə qəbul olunmuş mündəricat dəyişiklikləri, Kompendiumda əks olunan mədəni hüquqlar və etika, keyfiyyət nəzarəti və insan resursları, "Açıq Kompendium" təşəbbüsünün inkişafı, milli məruzələrin tərcümə edilməsi və sair məsələlər müzakirə obyekti oldu, müvafiq nəticələr çıxarılıb.

Növbəti iki gündə "Avropada fəal mədəni iştirak" mövzusunda keçirilən beynəlxalq konqres zamanı Avropa məkanında mədəni özfəaliyyətə dair fakt və rəqəmlər, Avropada fəal mədəni iştirakın dəstəklənməsi, mədəniyyətlərarası iştirakın möhkəmləndirilməsi, Avropada mədəniyyət sektoruna könüllülərin cəlb olunması, azlıqlar və çoxluqların bədii təcrübələri, yaşlı nəslin özfəaliyyəti kimi mövzular müzakirə edildi, azlıqların mədəni həyata cəlb olunmasının özəllikləri və incəlikləri açıqlanıb.

Digər xəbərlər