Bu gün regionda ən kasıb, zəif və cılız ölkə olan Ermənistanda əhali səfalət, aclıq və yoxsulluq içində yaşayır. Problemlərin dözülməz olması səbəbindən əhalinin kütləvi şəkildə işğalçı Ermənistanı tərk etməsi artıq adi hala çevrilib. Həddindən artıq primitiv, təcrübəsiz siyasət yürüdən S.Sarkisyan isə mövcud olan ağır və çətin vəziyyəti aradan qaldıra bilmir. Ümumilikdə götürdükdə, tək Sarkisyan deyil, bütün erməni milləti əxlaqi dəyərlərdən uzaq, özlərinin milli və mənəvi dəyərləri olmayan xalqdır.
Millət vəkili Elman Məmmədov qəzetimizə verdiyi açıqlamasında bildirdi ki, nə qədər ki, ermənilər Dağlıq Qarabağ kartı üzərində qurduqları oyuna son verməyəcəklər, bu dövlətin durumu gündən-günə daha da ağırlaşacaq: "Artıq neçə illərdir ki, təcavüzkar Ermənistanda iqtisadiyyat tamamilə dağılıb. Azərbaycan dövlətinin tək hərbi büdcəyə ayırdığı vəsait Ermənistanın bütöv dövlət büdcəsinə bərabərdir. İşğalçı Ermənistanda hakimiyyətə gələnlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyən maraqlı deyillər. Bütün bunlarla bərabər, işğalçı Ermənistanda vəziyyət hər gün daha da gərginləşir. Çünki hakimiyyətlə cəmiyyət arasında olduqca çox böyük uçurum yaranıbdır."
Azərbaycan dövlətinin müharibə şəraitində yaşadığını bildirən millət vəkili vurğuladı ki, müharibə hər hansı bir ölkə üçün qətiyyən müsbət nəticə vermir. Amma müharibə Azərbaycan dövləti üçün işğal altında olan torpaqlarının geri qaytarılması, Ermənistan üçün isə, tamamilə məhv olma deməkdir. Mənfur ermənilər bəzən düşünürlər ki, onlara çətin anında hər zaman olduğu kimi, başqa dövlətlər tərəfindən böyük yardımlar və kömək olacaqdır. Artıq heç kim qətiyyən marağında deyil ki, böhran vəziyyətində olan işğalçı Ermənistana yardım etsin. Ermənilər də gec-tez bunu başa düşməlidir.
Millət vəkili işğalçı Ermənistanda hər seçkidən-seçkiyə erməni ictimaiyyəti arasında çox böyük narazılığın qalxdığını vurğuladı. Bütün bunların fonunda, əminliklə deyə bilərəm ki, çox qısa zaman kəsiyində işğalçı Ermənistanda gözlənildiyindən də böyük sosial partlayış olacaq. Ərəb fəlakətinin işğalçı Ermənistana gəlməsinə çox az zaman qalıb. Təbii ki, fəlakətlərin yeganə səbəbkarı uğursuz və məntiqsiz siyasət aparan Sarkisyandır.
Digər bir məqama toxunan millət vəkili söylədi ki, bütün beynəlxalq təşkilatlar, o cümlədən, ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətləri-Amerika, Rusiya və Fransa işğalçı Ermənistana qətiyyən güzəştə getməməli, ciddi sanksiya tətbiq etməli və təsir rıçaqlarını işə salmalıdırlar. Qəddafi, Səddam rejiminə tətbiq edilən sanksiyalar ən kəskin formada cinayətkar Sarkisyana qarşı da tətbiq olunmalıdır. O zaman artıq işğalçı Ermənistan təzyiq və təpkilərə düçar olaraq, zəbt etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmağa qərar verəcək. Artıq o zaman S. Sarkisyan, qətiyyən ikili oyun oynaya bilməyəcək.
E.Məmmədov onu da söylədi ki, əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yoxdursa, Azərbaycan Silahlı Qüvvələri öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, torpaqları işğaldan azad edəcək. Təbii ki, belə bir situasiya mənfur, azğın ermənilər üçün çox böyük bir zərbə olacaq. Hər halda, ermənilər üçün belə bir gün heç də uzaqda deyil. Artıq bu gün torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanda hakim dairələrdə olanlar bunu tam açıq-aşkar şəkildə hiss etməyə başlayıblar. Qüdrətli, əzəmətli və güclü Azərbaycan ordusu hər zaman düşməni məhv etməyə tam hazırdır. İqtisadiyyatımız o dərəcədə sürətlə inkişaf edib, güclənib ki, ölkəmizə olan istənilən maneəni və zərbəni dəf etməyə birmənalı şəkildə hazırıq.
AYLANA RZAYEVA