PDF Oxu

Sosial

  • 8

Jurnalist Qarabağ ermənilərini Azərbaycan vətəndaşı kimi qəbul edir

Jurnalist Qarabağ ermənilərini Azərbaycan vətəndaşı kimi qəbul edir

"Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı hesab edilməlidirlər" deyən erməni jurnalist daha sonra bildirib ki, onun özü, şəxsən, işğal olunmuş ərazilərdə yaşayan erməniləri qondarma "DQR vətəndaşı" qismində qətiyyən qəbul etmir. Bu, bir daha onu göstərir ki, vaxtaşırı olaraq, erməni millətinin nümayəndələri də əsil reallıqları dərk edir, Ermənistan dövlətinin işğalçılıq siyasətini pisləyir, Azərbaycan xalqına qarşı törədilmiş faciələri etiraf edirlər.

Eyni zamanda, bildirməliyik ki, ölkəmizdə gedən inkişafdan, xalqımızın yaşayış və rifah halının daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən məcburi şəkildə kənarda qalan Dağlıq Qarabağ erməniləri artıq öz dözülməz şəraitlərindən bezərək, təcavüzkar Ermənistandan da yaxa qurtarmağa cəhd edirlər. Xatırladaq ki, Dağlıq Qarabağ erməniləri öncələr keçirilmiş seçkilərdə də öz seçici hüquqlarından istifadə etmək istədiklərini gizlətməmişlər. Ancaq onların öz fikirlərini ifadə etməyə imkan yoxdur. Bugünkü Ermənistan hakimiyyəti onlara şərait yaratmır ki, onlar öz istəklərini yerinə yetirsinlər. Azərbaycan vətəndaşları hesab olunan Dağlıq Qarabağ erməniləri separatçı rejimin güc strukturları tərəfindən də təqiblərə məruz qalmış, onların ailələri və özləri ölüm təhdidləri ilə qarşı-qarşıya qalmışlar. Manvelyanın digər fikrinə görə, bu, o gerçəklikdən xəbər verir ki, Dağlıq Qarabağda yaşayan ermənilər imkan düşən kimi Azərbaycan dövlətini dəstəkləyəcəklər: " Çünki Dağlıq Qarabağ erməniləri də Azərbaycanın bugünkü inkişafını görürlər. Onlar çox peşmandırlar ki, Azərbaycandan ayrılıblar."

Bu isə, bir daha onu sübut edir ki, Qarabağ erməniləri işğalçı və təcavüzkar Ermənistan Respublikası tərəfindən Qarabağda aparılan vandalizmin qurbanı olublar və məhrumiyyətlərə düçar olublar. Halbuki onlar Azərbaycanın tərkibində yaxşı, asudə və rahat yaşayırdılar.

Erməni jurnalistin aşıqlamasından o da bəlli olur ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, hərbi sənaye sahəsində də misilsiz uğurlar əldə edir. Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən çox olması, ölkəmizin inkişaf mərhələsinin hansı səviyyədə dayanması, təbii ki, Qarabağda yaşayan erməniləri də narahat edir. Çünki Azərbaycan hər an öz torpaqlarını azad etmək üçün müvafiq addımlar atmaq hüququna malikdir. Ona görə də istər jurnalist Manvelyanın, yaxud da digər erməninin əsil həqiqətləri səsləndirməsi heç kimdə təəccüb hissi doğurmamalıdır.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər