PDF Oxu

Sosial

  • 10

Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi ictimai birliyi yeni layihə həyata keçirir

Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi ictimai birliyi yeni layihə həyata keçirir

Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan Prezdenti İlham Əliyevin apardığı siyasətin ana xəttini əhalinin sosial müdafiəsinin yüksəldilməsi təşkil edir. Sevindirici haldır ki, Azərbaycan Respublikası 1991-ci ildən müstəqillik həyatını yaşayır. Möhkəm təməl üzərində qurulmuş müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyun ayın 15-də hakimiyyətə yenidən qaydışı və dövlət başçısı kimi fəaliyyətindən sonra olmuşdur.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin 2003-cü il oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi bu sahədəki uğurlara yeni təkan vermişdir.

Bu gün qətiyyətlə deyə bilərik ki, dövlətimizin apardığı siyasətin ana xəttini əhalinin sosial müdafiəsinin yüksəldilməsi təşkil edir. 2003-cü ildən başlayaraq sosial sahələrlə bağlı xeyli nailiyyətlər əldə olunmuşdur.

Dövlət başçısı 2003-cü ildən 2011-ci ilə kimi müharibədən zərər çəkmiş və aztəminantlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində 10-dan çox fərman və sərəncam imzalanmışdır.

Belə ki, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikasının Prezdentinin təqaüdünün təssis edilməsi haqqında Fərmanla Milli Qəhrəman adı verilmiş şəxslərə və onların ailə üzvlərinə 600 man, "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndiriməsi haqqında", "Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda 1990-cı il 20 yanvarında şəhid olmuş insanların sosial müdafiəsinin gücləndirilməsi haqqında" və "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı həlak olmuş şəhidlərin sosial müdafiəsinin gücləndirilməsi haqqında müxtəlif sərancam və vərmanlar imzalanmışdır".

Müharibədən zərər çəkmiş bir milyondan çox məcburi köçkünlərimiz üçün yeni qəsəbələr inşa olunaraq onların sərəncamına verilmişdir. Bu gün demək olar ki, vaqon şəhərciyində yaşayan bir soydaşımız belə evsiz qalmayıb. Azərbaycanın bütün rayonlarında şəhid və əlil ailələri üçün hər il yeni-yeni binalar inşa olunaraq onlara təhfil verilir, müharibə zamanı əlil olmuş insanlar minik maşını ilə təmin edilir.

Prezdent İlham Əliyevin korrupsiyaya qarşı mübarizə haqqında çıxardığı son qərarlar hər bir vətəndaşı sevindirmişdir. Məhz bundan sonra Qeyri Hökumət Təşkilatları da bu sahədə fəallıq nümayiş etdirərək müxtəlif sahələrdə ictimai nəzarəti artırmışdır.

"Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" ictimai birliyi olaraq Prezdent İlham Əliyevin korrupsiyaya qarşı mübarizə aparmaq qərarına qoşularaq Azərbaycan Respublikasının Prezdenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Müharibədən zərər çəkmiş və aztəminatlı ailələrin sosial problemlərinin həllinə kömək" layihəsini həyata keçirir.

Həyata keçirtdiyimiz layihənin əsas məqsədi "Müharibədən zərər çəkmiş və aztəminatlı ailələrə edilən güzəştlər" haqqında Azərbaycan Respublikası qanunlarının yerlərdə müvafiq icra orqanları tərəfindən tətbiq olunmasna nəzarət etmək və Dövlət və özəl ali məktəblərində təhsil alan aztəminatlı şəhid, əlil, qaçqın və valideyn himayəsindən məhrum olunmuş yeniyetmələrin ortaya çıxmış təhsil-sosial problemlərinin həllinə kömək edərək onlara diqqət və qayğını artırmaqdır.

Həyata keçirdiyimiz layihə çərçivəsində aztəminatlı ailələrin övladlarının yerli icra orqanlarında, ali təhsil ocaqlarında rastlaşdığı probleməri aradan qaldirmaq məqsədi ilə dövlət və özəl ali məktəblərinin rəhbərliyi ilə yaxindan əməkdaşlıq edərək onların sosial problemlərinnin həllinə çalışırıq.

Təçkilatımıza daxil olmuş müraciətlərə əsasən bizim apardığımız araşdrmalara əsasən bəzi Dövlət və özəl ali məktəblərində təhsil alan aztəminatlı şəhid, əlil, qaçqın və valideyn himayəsindən məhrum olunmuş yeniyetmələrin müəyyən problemlərlə üzləşdikləri məlum olmuşdur.

Dövlət və özəl ali məktəblərində təhsil alan aztəminatlı şəhid, əlil və valideyn himayəsindən məhrum olunmuş yeniyetmələr təhsil haqqını ödəməkdə çətinliklə üzləşirlər. Bəzən onlar təhsil haqqını ödəyə bilmədikləri üçün onlar oxuduqları məktəbələrdən xaric edilirlər. Bundan əlavə qeyd etmək istəyirik ki, məlum səbəblərə görə, Azərbaycan Beynəlxalq Unversteti bağlandıqdan sonra 100 yaxın şəhid, əlil, qaçqın və valideyin himayəsindən məhrum olunmuş tələbələr təhsildən kənar qalaraq hələ də heç bir məktəbə yerləşdirilməmişdir. Bu ailələr bilmirlər ki, onların gələcək aqibəti necə olacaq. Bu qaldırdığımız problemlər çox ciddi problemlərdir.

Müharibədən zərər çəkmiş və aztəminatlı ailələrin sosial problemlərinin həllinə kömək etmək və onları öz imtiyazları haqqında maarifləndirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Müharibədən zərər çəkmiş və az təminantlı ailələrin sosial hüquqları" kitabını hazırlayaraq aztəminatlı ailələrə paylayırıq.

Ümid edirik ki, həyata keçirdiyimiz layihə və layihə çərçivəsində dərc etdiyimiz "Müharibədən zərər çəkmiş və az təminantlı ailələrin sosial hüquqları" kitabı aztəminatlı ailələrə və onların ailə üzvlərinə yardımçı olacaq.


Rövşən Ağamalıyev,

Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi ictimai birliyinin sədri, layihənin rəhbəri

Digər xəbərlər