PDF Oxu

Sosial

  • 10

Sərdar Cəlaloğlunun “kölgə parlamenti” ideyasına ilk zərbə “öz” dostundan gəldi

Sərdar Cəlaloğlunun “kölgə parlamenti” ideyasına ilk zərbə “öz” dostundan gəldi

Son günlər radikal müxalifət düşərgəsində, sözün əsl mənasında, qarışıqlıq, anlaşılmaz proseslər və daha çox ikrah yaradacaq hallar nəzərə çarpır. Ümumi müxalifətin mənzərəsindən də bunu açıq şəkildə sezmək mümkündür. Digər bir yandan isə düşərgədə olan prosesləri həmişə ört-basdır edib, kənara çıxmasına imkan verməyən qüvvələrin özləri belə informasiya ötürməklə məşğuldurlar.

Ona görə də, daha əvvəlki kimi müxalifət düşərgəsi daxilində olan proseslər tamamilə köhnəlib gündəmdən düşəndən sonra kənara çıxmır. Elə hadisə baş verən məqamda onun sədalarını eşitmək olur. Məhz bu baxımdan da, indiki şəraitdə düşərgədə söz sahibi olanlar bu cür məsələnin elə isti-isti ictimailəşməsində maraqlı görünür. Bu, ilk növbədə, onların düşüncəsinə görə, mövcudluqlarına işarə kimi qiymətləndirilir. Digər bir yandan isə təmsilçilər burada proseslərin gedişiində razı və narazı qüvvələrin olduğunu guya hər şeyin şəffaf keçdiyi görüntüsünü yaratmaqda iddialıdırlar. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun "İctimai Palata" əleyhinə olan bir təşkilat yaratmaq kimi addımını da bu qisimə aid etmək olar. Çünki düşərgədə hər kəs tərəfindən ikrahla qarşılanan ADP sədri müəyyən zaman kəsiyi üçün bütün diqqəti özünə yönəltmək niyyətindədir. O, ilk növbədə, elə addım atmağı düşünür ki, bu, onun üçün səmərəli reklam mühiti yaratsın. Ona görə də, S.Cəlaloğlu müxalifətin ən çılğın nümayəndəsi AXP lideri Pənah Hüseynovun quyruğunu tapdamağa başlayıb. ADP sədri "İP"-in "kölgə parlamenti" yaratmaq istəyinin baş tutmadığını və bu işə maraqlı olan şəxslərin, xüsusən də, P.Hüseynovun bacarıqsızlığının əngəl olduğunu misal gətirib. S.Cəlaloğlunun iddiasınca P.Hüseynovun bacarıb görə bilmədiyi işi o, məharətlə icra edib sona çatdıracaq və göstərəcək ki, nəyi necə etmək lazımdır. Artıq bu məsələ ilə bağlı S.Cəlaloğlu tərəfindən müəyyən informasiyalar və təkliflər də bir sıra müxalifət partiyalarına göndərilib. Doğrudur, "iş"lə bağlı, hələlik, konkret addım atılmasa da, dolaşan söz-söhbətlər öz narahatlığını da yaradıb. İlk növbədə, P.Hüseynovdan ADP sədrinə tövsiyə xarakterli mesaj gəlib. O bildirib ki, Sərdar "bəy" bacardığı işlə məşğul olsa daha yaxşı olardı. Radikal düşərgədə onun bu ideyasına gülüş predmeti kimi baxanlar da olub.


Absurd ideyaya

ilk zərbə

S.Cəlaloğlunun müttəfiqi "Ümid" partiyası və digər adını çəkmədiyi qüvvələrlə "kölgə parlamenti" yaratmaq istəyi ilə göndərdiyi təkliflər paketi də elə bu aralar müzakirə predmetinə çevrilib. Öz növbəsində, ADP sədri "İctimai Palata"nın "kölgə parlamenti" funksiyalarını yerinə yetirmədiyi üçün "kölgə parlamenti" yaratmaq qərarına gəldiyini bir daha vurğulayıb. O, bunun üçün "İP"-də təmsil olunan ADP-çilərin də geri çağırılacağını bəyan edib.


İqbal Ağazadə: "Sərdar Cəlaloğlu "kölgə parlamenti" yaradılacağı haqda məlumat veribsə, deməli, bu istiqamətdə nələrsə var"

ADP sədrinin "kölgə parlamenti" yaratmaq ideyasına "Ümid" partiyasının sədri İqbal Ağazadə birmənalı münasibət bildirib. O, qeyd edib ki, S.Cəlaloğlu "kölgə parlamenti" yaradılacağı haqda məlumat veribsə, deməli, bu istiqamətdə nələrsə var: "Amma bu gün Sərdar "bəy"in dediyindən artıq nəsə demək istəmirəm. Gələcək bu proseslərin nədən ibarət olduğunu göstərəcək". İ.Ağazadə ADP sədrinin onunla "kölgə kabineti" yaratmaq haqda müzakirələr apardığını da açıqladı. İ.Ağazadə, eyni zamanda, bu təklifin heç də uzaq hədəflərə qədər gedib çatacağına əmin olmadığın da gizlətmədi. O bildirdi ki, hər kəs bu cür təkliflə çıxış edə bilər. "Amma əsas məsələ reallıqdır ki, ondan da qaçmaq mümkün deyil" deyə İ.Ağazadə əlavə etdi.


Arzu Səmədbəyli: "Başqalarını tənqid etməklə gündəmdə olmağa vərdiş etmək yaxşı adət deyil"

S.Cəlaloğlunun "İctimai Palata"nın yaranarkən elan etdiyi "kölgə parlamenti" funksiyasından kənara çıxdığı barədə tənqidi fikirlərinə "İP" üzvü, Müsavat Məclisinin sədri Arzu Səmədbəyli sərt cavab verib. ADP sədrinin fikrini doğru hesab etmədiyini deyən A.Səmədbəyli bildirdi ki, başqalarını tənqid etməklə gündəmdə olmağa vərdiş etmək yaxşı adət deyil. A.Səmədbəyli kiminsə bacarığından böyük ideyalarla çıxış etməsi bir qədər təəccüb doğurur. "Amma kimsə özünü göstərməyə çalışırsa, bunun üçün o qədər münasib yer var ki," deyən A.Səmədbəyli ADP sədri ilə birlikdə olanlara səbir də diləyib.

Tapdıq Qurbanlı

Digər xəbərlər