PDF Oxu

Sosial

  • 23

Diaspor təşkilatları Azərbaycan Prezidentinə minnətdarlıq edirlər

Diaspor təşkilatları Azərbaycan Prezidentinə minnətdarlıq edirlər

Xəbər verdiyimiz kimi, Dünya Azərbaycanlıların III Qurultayının keçirildiyi müddətdə xarici ölkələrdə diaspor fəaliyyəti ilə uğurla məşğul olan bir sıra soydaşlarımızla bərabər Novosibirskdə fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun sədri Mirkazım Seyidov da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. SİA-nın xəbərinə görə, bununla əlaqədar olaraq, Mirkazım Seyidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkür məktubu, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin rəhbəri, AMOR təşkilatının sədri, "Xocalıya Ədalət" kampaniyasının rəhbəri Leyla Əliyevaya "Tərəqqi" medalı ilə təltif olunması münasibətilə təbrik məktubu ünvanlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan təşəkkür məktubunda bildirilib ki, Heydər Əliyev ideologiyasının təntənəsinin sevincini bizə yaşatdığınız üçün sizə təşəkkürümü bildirir və gələcək işlərinizdə uğurlar diləyirəm: "Dünya Azərbaycanlılarının III Qurultayındakı çıxışınız bütün dünya azərbaycanlılarını və qurultay iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb və dünya diaspor təşkilatlarının gələcək inkişafı istiqamətində böyük təkan olaraq onları ruhlandırıb. Sizin çıxışınızda məlum olduğu kimi keçən 10 il müddətində biz Azərbaycan diasporasının tam formalaşmasının əyanı şahidi olduq. III qurultaydan sonra diaspor təşkilatlarının fəaliyyətlərinin yeni mərhələsi olan lobbimizin formalaşması istiqamətində inkişaf etdirilməsi üçün sizin tövsiyə və tapşırıqlarımızı dinlədik. Əminliklə deyə bilərəm ki, gələcək işlərimizdə də bizim lobbiçilik fəaliyyətimiz də öz bəhrəsini verəcək. "Tərəqqi" medalı ilə təltif olunmağımı sizin etimadınız kimi qəbul edirəm və bu etimad mənim məsuliyyətimi daha da artırır. Bir daha əmin ola bilərsiniz ki, nəinki mən, bütün dünya azərbaycanlıları sizinlədir, sizin apardığınız həm daxili, həm də xarici siyasətdə sizin əmrinizə müntəzir bir vəziyyətdə öz işlərini davam etdirəcəklər".

Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva təşəkkür məktubunda isə bildirilir ki, sizin uzun müddətli deputat kimi, Heydər Əliyev Fondunun prezidenti və Azərbaycan Mədəniyyətinin Dostları Təşkilatının rəhbəri kimi fəaliyyətiniz hər zaman mənim üçün örnək olmuşdur və sizin apardığınız daxili və xarici siyasət Azərbaycanın həyatında mühüm əhəmiyyət kəsb edir. Çünki, gördüyünüz hər bir işdə, sizin apardığımız uğurlu siyasət Azərbaycan xalqının milli maraqlarını və Azərbaycan dövlətinin mənafeyini hərtərəfli müdafiə edir. Mən də böyük ruh yüksəkliyi ilə və məsuliyyətlə Azərbaycan dövlətinin rəhbəri cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətdə, sizin çoxsahəli fəaliyyətinizin bütün istiqmaətlərində görəcəyiniz işlərdə sizə dəstək olmağı özümə borc bilirəm və bundan şərəf duyduğumu bildirirəm. Heydər Əliyev irsinin dərindən öyrənilməsi və beynəlxalq səviyyədə təbliğ olunması istiqamətində, Azərbaycançılıq ideyalarının təbliğində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dövlət rəhbərinin və sizin apardığınız daxili və xarici siyasətə dəstək olmaqla bərabər gələcəkdə görəcəyim işlərimdə bundan sonra da bütün səylərimlə çalışacağam".

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin rəhbəri, AMOR təşkilatının sədr, "Xocalıya Ədalət" kampaniyasının rəhbəri Leyla Əliyevaya ünvanlanan məktubunda qeyd edir ki, sizin "Tərəqqi" medalına layiq görülməyiniz sözün əsl mənasında nəinki təkcə məni, bütün dünya azərbaycanlılarınını sevindirir və fərəhləndirir: "Çünki son 5 il ərzində sizin apardığınız uğurlu ictimai-siyasi fəaliyyət, beynəlxalq səviyyədə böyük uğurlarla nəticələnib ki, bu da məhz sizin səyiniz və şəxsi əməyiniz nəticəsində əldə edilib. Doğrudan da sizin apardığınız siyasət Azərbaycan dövlətinin xarici siyasətinin əsas hissəsini təşkil etməklə bərabər, həm də ulu öndər Heydər Əliyevin siyasi kursunun davamı kimi qəbul edilir və siz də Heydər Əliyev irsinin davamçısı kimi yüksək səviyyədə bu işi davam etdirirsiniz. Gələcək fəaliyyətimdə də sizin apardığınız siyasətə dəstək olacağıma əmin edirəm".

Digər xəbərlər