PDF Oxu

Sosial

  • 23

Azərbaycan geosiyasi baxımdan regionda çox vacib ölkədir

Azərbaycan geosiyasi baxımdan regionda çox vacib ölkədir

Azərbaycanda səfərdə olan Avropa Parlamentinin üzvləri iyulun 15-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ilə görüşüblər. Komitədə keçirilən görüşdə Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışmış, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyonadək soydaşımızın doğma yurdlarından didərgin düşdüyünü bildirib. Baş nazirin müavini Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edərək deyib ki, indiyədək bu işlərə 4,5 milyard dollar vəsait sərf olunub. Bunun 2,6 milyard dolları büdcənin, 1 milyard dolları Dövlət Neft Fondunun, 900 milyon dolları isə beynəlxalq humanitar təşkilatların vəsaitidir. Hazırda Azərbaycanda 60-dək beynəlxalq humanitar təşkilat fəaliyyət göstərir və Azərbaycan dövləti onlara hər cür şərait yaradıb. Ətraflı məlumata görə təşəkkürünü bildirən Avropa Parlamentinin Portuqaliyadan olan üzvü Xose Manuel Fernandes Avropa liderlərinin dünyada mövcud münaqişələrin həlli istiqamətində səylərini artıracaqlarına ümid etdiklərini, geosiyasi baxımdan regionda çox mühüm ölkə olan və sürətlə inkişaf edən Azərbaycanın üzləşdiyi münaqişənin sülh yolu ilə həllinin zəruriliyini vurğulayıb. etmiş olar. Sonda qonaqlara Dağlıq Qarabağ münaqişəsindən bəhs edən disk və kitab təqdim edilib.

Digər xəbərlər