Avropa standartlarına uyğun təhsil almaq artıq azərbaycanlılar üçün xəyal deyil. SİA-nın xəbərinə görə, Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) ingilis dilində təhsil verən 6 universitet məzunlarına qazandıqları biliklər sayəsində dünyanın hər yerində perspektivli iş tapmaqda, karyera qurmaqda və gələcəyə etibarlı təminat yaratmaqda yardımçı olur.
ŞKTC universitetlərinin Azərbaycan vətəndaşları üçün təhsil haqqını 50 faiz azaltması iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinə daha bir əyani sübutdur. Avropa universitetlərindən fərqli olaraq, bu ölkənin ali təhsil müəssisələri məhz azərbaycanlı tələbələrə bir sıra məsələlərdə güzəştlər tətbiq edir. Məhz bu səbəbdən də hər il yüzlərlə azərbaycanlı gənci ali təhsil almaq üçün ŞKTC universitetlərini seçirlər.
ŞKTC-nin 6 universiteti (Yakın Doğu Universiteti, Lefke Avropa Universiteti, Uluslararası Kıbrıs Universiteti, Orta Doğu Teknik Universiteti, Kuzey Kıbrıs Kampusu, Girine Amerika Universiteti, Doğu Akdeniz Universiteti) 2011-ci ildə də azərbaycanlı abituriyentlərin qeydiyyatdan keçməsini gözləyir. ŞKTC-də təhsil imkanı artıq tam realdır.
Ali təhsil üçün niyə məhz Şimali Kirp Türk Cümhuriyyətinin uninversitetləri seçilməlidir?
İlk növbədə ona görə ki, məhz bu universitetlər məzunlarını beynəlxalq aləmdə tanınan diplomla təmin edirlər. Həmin diplomlar azərbaycanlı gənclərə dünyanın istənilən yerində iş tapmaq imkanı yaradır. Dost ölkənin təhsil sistemi eyni zamanda tələbələrə reytinq cədvəlində birincilik qazanmış beynəlxalq universitetlərdə təhsillərini davam etdirmək şansı da verir.
Yüksək təhsil standartlarını həyata keçirən Şimali Kipr universitetləri məzunlarına gələncəkdə istədikləri ölkənin elm müəssələrində elmi tədqiqatçı kimi çalışmaq imkanına təminat yaradır. Çünki dünya miqyasında məşhur olan alimlər, professorlar ŞKTC-nin ali təhsil ocaqlarında dərs deyirlər. Onların yetirmələri Avropa və Amerika universitetlərində tədqiqatçı alim olaraq adlarını tarixə yazıblar.
Bütün rahatlığı və texniki təchizatı ilə seçilən müasir hazırlıq kurslarının olması burada təhsilin keyfiyyətini daha da yüksəldir. Məhz buna görə də ŞKTC universitetlərinə ali təhsil üçün müraciət edənlərin sayı ildən-ilə çoxalır. Tələbə şəhərciklərinin böyüməsi və genişlənməsi bu məkanı "təhsil adası"na çevirir.
Yüksək səviyyəli mədəni mühitin olması isə gənclərin dünyagörüşünü artırır. ŞKTC-də 87 fərqli ölkədən gələn, sayı ildən-ilə artan tələbə kontingenti təhsil alır. Müasir dünyada isə fərqli mədəniyyətlərin qovuşması universitetlər üçün əhəmiyyətli məsələlərdən sayılır. Bu baxımdan ŞKTC-nin sözügedən universitetləri azərbaycanlı tələbələrə həm də fərqli mədəniyyətləri mənimsəmək fürsəti verir.
Etibarlı çevrənin olması uşaqlarını xaricdə oxutmaq niyyətində olan valideynlər üçün əsl müjdədir. Məlumat üçün bildirək ki, ŞKTC adambaşına düşən cinayətlərin ən aşağı olduğu ölkələrdən biridir. Adada dövlətin hüquq-mühafizə orqanlarından savayı, universitetlərin özəl mühahifə sistemlərinin də mövcudluğunu nəzərə alsaq, qız övladnlarını ŞKTC-yə ali təhsil almağa göndərmək istəyən valideynlərin narahatlığına hansısa səbəb qalmır. Hazırlıq kurslarında xüsusi kameraların quraşdırılması, kənar şəxslərin yataqxanalara buraxılmaması tələbələrin təhlükəsizlik təminatını artırır.
Şimali kiprlilərin azərbaycanlılarla eyni mədəniyyətə sahib olmaları, eyni dildə danışmaları tələbə adını daşıyan soydaşlarımızın bu ölkədə rahat gəzib-dolaşmalarına, yaşadıqları toplumun üst qurumları ilə sıx əməkdaşlıq etmələrinə, gənclərlə ünsiyyət qurmalarına, ictimai fəaliyyətlə məşğul olmalarına geniş imkanlar açır.
Azərbaycanlılar kiprlilərin nəzərində həmişə dost, qardaş olublar. Bu səbəbdən hər bir kiprlinin qapısı azərbaycanlı gənclərin üzünə açıqdır. Sadə kiprli azərbaycanlı uşaqlarını öz övladından qətiyyən ayrı tutmur. Soydaşlarımız ŞKTC-də özlərini heç vaxt yad hiss etmirlər.
Azərbaycanda qeydiyyatdan keçmiş abituriyentlərə TQDK-dan topladıqları ballara görə özəl təqaüd və endirimli təhsil haqqı verilir. Bununla yanaşı, bütün universitet tələbələrinə müvafiq yataqxana və yemək xidməti göstərilir. ŞKTC-də ali təhsil alan tələbənin yaşayış xərcləri də birgə aylıq xərci 450-600 dollar arasında dəyişir. Bu da illik təhsil xərcinin təxminən 5-6 min AZN olması deməkdir.
ŞKTC-də hər bir tələbəyə ingilis dilində təhsil imkanı da verilir. Bütün bu əlverişli imkanlardan bəhrələnmək istəyənlər daha ətraflı məlumat əldə etmək üçün ŞKTC-nin Bakıdakı nümayəndəliyinə müraciət edə bilərlər (tel: +99412 4982495, e-mail: [email protected]).