PDF Oxu

Sosial

  • 6

Rusiya XİN: “Rusiya çalışacaq ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında müvəqqəti üzvlüyü məsələsi müvəffəqiyyətlə həll olunsun”

Rusiya XİN: “Rusiya çalışacaq ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında müvəqqəti üzvlüyü məsələsi müvəffəqiyyətlə həll olunsun”
Bu barədə RF XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç həftəlik brifinqdə Azərbaycanın namizədliyinin Rusiya tərəfindən müdafiə olunub-olunmayacağı məsələsini şərh edərkən bildirib: "Müəyyən reaksiya bildirmək mənim üçün çətindir, amma biz, təbii ki, bu məsələnin vacibliyini qiymətləndiririk və başa düşürük. Buna görə də çalışacağıq ki, məsələ müvəffəqiyyətlə həll olunsun və Azərbaycan tərəfini qane etsin".
A.Lukaşeviç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ətrafında yaranmış vəziyyətə toxunaraq qeyd edib ki, Rusiya bundan sonra da səylərin nizamasalma kontekstində hiss olunacaq nəticələrə gətirib çıxaracağına ümid edəcək. O xatırladıb ki, ATƏT-in Minsk qrupunun xüsusi nümayəndələri "Şərq tərəfdaşlığı" sammiti çərçivəsində Varşavada prezidentlərlə görüşüblər. Nazirliyin nümayəndəsi demişdir: "Biz belə hesab edirik ki, bu əlaqələr tərəflərin danışıq prosesinin dinamikası baxımından öz nəticələrini verəcək.

Digər xəbərlər