Avropa Xalqları Partiyası (EPP) ilə Yeni Azərbaycan Partiyası arasında səmərəli əməkdaşlıq münasibətləri ildən - ilə inkişaf edir. Bir sıra birgə layihələr həyata keçirilib. Partiyalararası münasibətlərə uyğun olaraq yeni bir layihənin həyata keçirilməsi nəzərdə tutulub. EPP-nin dəvəti ilə 28 noyabr - 4 dekabr tarixləri arasında YAP Gənclər Birliyinin nümayəndə heyəti Brüsseldə səfərdə olacaq. Səfər proqramı çərçivəsində nümayəndə heyəti EPP-nin, Avropa Birliyi və Avropa Parlamentinin baş qərargahında bir sıra görüşlər keçirəcəkdir. Avropa Xalqları Partiyası Avropanın ən böyük siyasi partiyasıdır. Tərkibinə 39 ölkədən 74 siyasi partiya daxildir. Qeyd etmək istərdik ki, Yeni Azərbaycan Partiyası 2008-ci ildən Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir və bir sıra qarşılıqlı səfərlər həyata keçirilmişdir.