PDF Oxu

Sosial

  • 10

“Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməzdir”

“Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməzdir”

Dünən Lənkəran Dövlət Universitetinin akt zalında "Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməzdir" mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə şəhərin mərkəzində ucaldılan Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüblər. Tədbiri giriş sözü ilə universitetin rektoru, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov açaraq, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən universitetin humanitar elmlər fakültəsinin dekanı, tarix elmləri namizədi, dosent Rakif İbadov "Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməzdir" mövzusunda məruzə ilə çıxış edərək, bildiribdir ki, müstəqil Azərbaycanın xilası, müstəqilliyimizin qorunması və inkişafı, istər iqtisadi, istər siyasi, istərsə də mədəni-sosial baxımdan onun inkişafı, dövlətimizin beynəlxalq nüfuzunun artması Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Tədbirdə Lənkəran ağsaqqalar şurasının sədri Kamal Kələntərli, iqtisadi elmlər namizədi Tofiq Paşayev, universitetin müəllimi Kamal Mahmudov, tələbələrdən Uğur Qurbanzadə, Sevər İsmayılzadə və başqaları çıxış edərək bildiriblər ki, dahi rəhbərin çoxşaxəli siyasəti və geniş fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövlət tarixində ilk dəfə inkişaf edib möhkəmlənmiş və bu siyasət Onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul edilib. Tədbir iştirakçıları qəbul etdikləri müraciətdə ölkəmizin müstəqilliyi, dövlətçiliyimizin möhkəmlənməsi, sabitliyin qorunması istiqamətində aparılan mübarizədə dövlətimizin rəhbəri cənab İlham Əliyevlə həmrəy olduqlarını, Azərbaycanın milli maraqlarına və bəşəri inkişafına xidmət edən daxili və xarici siyasətdə tutduğu qətiyyətli və düzgün xəttini ürəkdən bəyəndiklərini və müdafiə etdiklərini bildiriblər.

A.Səmədova

Digər xəbərlər