PDF Oxu

Sosial

  • 10

YAP-ın uğurlarının arxasında xalqın inamı və dəstəyi dayanır

YAP-ın uğurlarının arxasında xalqın inamı və dəstəyi dayanır

Dünən YAP Şamaxı rayon təşkilatının 10 saylı ərazi təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Konfransda Şamaxı poçtamtının rəisi, ilk partiya təşkilatın sədri Habil Əzimov çıxışına konfrans iştirakçılarını dövlət müstəqilliyimizin bərpa olunmasının 20 illiyi münasibətilə təbriklə başlayıb.

O, qeyd edib ki, Azərbaycanın ikinci dəfə öz müstəqilliyini qoruyub saxlaması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: "Hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Bu istiqamətdə qarşımızda mühüm vəzifələr dayanır. Yeni Azərbaycan Partiyası da bu vəzifələri özünün siyasi strategiyasının əsas istiqamətləri hesab edir".

H.Əzimov, həmçinin, 2007-2011-ci illərdə görülən işlər və keçirilən tədbirlərlə bağlı geniş məruzə ilə çıxış edib və bildirib ki, hesabat dövründə partiyanın təşkilati və ideoloji-siyasi fəaliyyəti ilə əlaqədar həyata keçirilən müsbət işləri bəyan etməklə yanaşı, çatışmazlıqlar da araşdırılıb. Mövcud problemlərin aradan qaldırılması üçün tədbirlər görülüb və bu işlər davam etdirilir.

H.Əzimov onu da bildirib ki, müstəqil dövlətimizin inkişafı naminə rabitə işçiləri üzərlərinə düşən vəzifələri var qüvvələri ilə yerinə yetirməyə çalışırlar: "Yeni Azərbaycan Partiyasının üzvləri olan biz-rabitəçilər əmək adamları arasında geniş təbliğat və ideoloji işlər aparırıq. Təşkilatımızın üzvləri keçirilən bütün tədbirlərdə və ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Eləcə də, ilk təşkilatımız əlamətdar günlərlə bağlı öz tədbirlərini də yüksək səviyyədə keçirir".

Hesabat-seçki konfransında daha sonra qərar layihəsi qəbul olunub və ilk təşkilatın fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Tədbirdə YAP Şamaxı rayon təşkilatının aparat rəhbəri Altay Məmmədov çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi inkişaf yolu haqqında fikirlərini söyləyib. O, qeyd edib ki, bu gün Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyev siyasəti nəticəsində sürətlə inkişaf edir və hər bir vətəndaş müstəqil dövlətimizlə qürur duyur.

Yığıncaqda 2 nəfər partiya üzvü konfransa nümayəndə seçilib.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər