PDF Oxu

Sosial

  • 33

Radikal müxalifət rəhbərləri istefa verməlidir

Radikal müxalifət rəhbərləri istefa verməlidir

Dünən ADP sədri müsahibə verib və bildirib ki, "nə qədər ki, müxalifət xalqı siyasi proseslərdən kənarda saxlayır, bu yolda aparılan mübarizə demokratik hesab oluna bilməz." Sərdar Cəlaloğlu müxalifətin xalqa dəxli olmadığını, müxalifətdə rəhbərlərin öz məqsədini güddüyünü açıq-aydın bildirir. Məgər bunu İsa Qəmbərov, Əli Kərimov, Əli Əliyev, Yusif Bağırzadə və başqaları anlamırlarmı?

Açığı mənim xalq-müxalifət məsələsini şərh edəndə, müxalifətçilərə yazığım gəlir. Mənim yuxarıda adlarını çəkdiyim şəxslərə bir sual varəcəm, amma verə bilsəniz, kişi kimi cavab verin: sonuncu dəfə xalq arasında nə vaxt olmusunuz, xalq arasında axırıncı dəfə nə vaxt görüş keçirmisiniz? Bax, bunu etməyən adam gərək xalqın adını dilinə gətirib ləkələməsin. Dəfələrlə deyilib və yenə də deyirəm ki, "seyid cəddinə arxayın olan kimi" xaricilərə arxayın olmaq lazım deyil. Guya kişilər "çevriliş" edəcək, özü də xalqsız, cəmi 100-150 adamlı. Hünərə bax ha... Artıq gördünüz ki, Azərbaycanın sürətli inkişafı bütün dünyada əks-səda doğurub, sizsə özünüzü xalqdan təcrid etməklə günbəgün, sözün hər iki mənasında, dala gedirsiniz. Bu xaricilərin aşiqi-xəstəsi olunca xalqınızı sevin də. Ayağınıza daş dəyən kimi arxayınsınız ki, indi hansısa bir qaragünlü dövlətin səfeh təşkilatı o dəqiqə bəyanat yayacaq ki, ayağınız daşa dəyməyib, daş ayağınıza dəyib. Gəl indi bu ipi qırıqlara başa sal ki, bu, belə yox, belədir.

İstefası vacib olan radikal "lider"lər...

Hamı bilir ki, ölünün qıdığı gəlməz. Müxalifətin "mübarizə"sini qıdığa bənzətsək, ölü olduqları məlum olur. Belə deyək də, əgər bizim bu radikallar az da olsa inkişaf etmək istəyirlərsə, onlar İsa Qəmbərovdan imtina etməlidirlər. Onsuz da İsa "bəy" onlardan imtina edib. Bu adam 20 ildir "Müsavat" partiyasını dədə-baba malı kimi "idarə edir." Xaricdən aldığı külli miqdarda qrantlar təyinatı üzrə xərclənmir, öz maraqlarına sərf olunur. Bu gün İsa "bəy"in səhvləri, eqoistliyi ucbatından Parlamentə bir nəfər də olsun müsavatçı deputat seçilməyib, əksinə, partiyada kütləvi istefalar baş alıb gedir. Dildə demokratiya deməklə demokratik olmaq olmaz. Millətin qan yaddaşında anarxiyaçı kimi qalan bir şəxs daha güman eləməsin ki, istədiyini edə bilər. Bu yaxınlarda müxalifətin fəallarından biri də istefa verdi və İsa "bəy"ə işarə edərək, özünü dəvəyə bənzədərək dedi ki, " məni yandıran odur ki, boynumdakı ipi ulağın quyruğuna bağlayıblar."

AXCP(i) sədri Əli Kərimov da "cəbhəçilərin" fəaliyyətinə zərər yetirmək istəmirsə, az da olsa bu millətə hörməti varsa heç olmasa bir dəfə kişi kimi çıxıb getməlidir. Zəli kimi AXCP (i)-ə yapışmaq, ağlı başında olanların da ağlını əlindən almaq lazım deyil. AXCP (i)-də əsəbi yerində olan adam varsa, xəbər edərsiniz. Məsələn, elə deyək ki, aşıq və aşiq Fuad Qəhrəmanlı kimi. Cəbhəçilərin dediyindən belə çıxır ki, bu dövlətin yaradıcıları da, sahibləri də onlardır.

Mən lazımsız adamlar, şəxsi mənafelərini xalqın mənafeyində üstün tutanlar haqqında çox danışmaq istəmirəm. Əli Əliyev, Yusif Bağırzadə, Pənah Hüseynov və bu kimi şəxslər anlamalıdırlar ki, tutduqları yol düz deyil. Ən azı ona görə ki, onlara İsa Qəmbərov və Əli Kərimov rəhbərlik edir.

AMİP-in növbəti oyunu...

Dünən qəzetlərdən birində oxudum ki, AMİP-in rəhbərliyində dəyişiklik olunub. AMİP-in Qadınlar Təşkilatına yeni sədr seçilib. 3-4 dənə də başqa qadın müavin "post"larına təyinat alıblar. Məzəniz olsun, bunlar hansı postdan, hansı qərargahdan danışırlar, mən bilmirəm. Gündə biri gedib, biri gəlir. AMİP-in müavin postlarına bax ha, "beynəlxalq əlaqələr üzrə", "ideologiya" və sairə. Görəsən, bunlar hansı beynəlxalq əlaqələrdən, hansı ideologiyadan dəm vururlar. Gözəldir, kim hansı vəzifəni istəyir, onu da daşıyır. Əladır. Baş qatmaq üçün çox gözəl üsullardır. Hərə bir ıvəzifə daşıyır, amma heç kəs işləmir, gözləyirlər ki, nə vaxtsa "nazir" olacaqlar. Bu kəslər bir dəfə hazıra nazir oldular və xalq hələ də bunun ağrı-acısını yaşayır. İndi özləri bataqlıqdadırlar.


Samir FEYRUZOV

Digər xəbərlər