PDF Oxu

Sosial

  • 16

Regionun ən mütəşəkkil siyasi təşkilatı

Regionun ən mütəşəkkil siyasi təşkilatı

Dünən Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatında partiyanın yaranmasının 19-cu ildönümü münasibəti ilə tədbir keçirilib.

Toplantıdan öncə şəhərin müxtəlif idarə və müəssisələrində çalışan gənclər, partiya fəalları rayon mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül-çiçək dəstələri düzən tədbir iştirakçıları Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra tədbir YAP Yevlax rayon təşkilatının qərargahında dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə YAP Yevlax rayon təşkilatının gənclər birliyinin sədri Ariz Mikayılov açaraq yığıncağın məqsədinə aydınlıq gətirib.

Geniş məruzə ilə çıxış edən YAP Yevlax rayon təşkilatının təlimatçısı Rafiq Əliyev isə bildirib ki, bu partiya son dərəcə ağır və keşməkeşli günlərdə, ölkənin ciddi sınaqlara məruz qaldığı dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb: "Məhz həmin dövrdə 91 nəfər ziyalının imzası ilə Naxçıvana Ulu Öndər Heydər Əliyevə müraciət göndərilib. Yaradılan bütün süni maneələrə baxmayaraq, 1992-ci ilin noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin Sədrliyi ilə partiyanın təsis konfransı keçirilib. Yeni Azərbaycan Partiyasının proqram və nizamnaməsi qəbul edilib. 1993-cü ildə Azərbaycan xalqının dahi şəxsiyyəti Heydər Əliyevin Prezident seçilməsi ilə partiyanın formalaşmasında yeni dövr başlayıb".

Tədbirdə çıxış edən digər gənclər də Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti və bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin əvəzsiz xidmətlərini diqqətə çatdırıblar. Toplantıda, həmçinin, vurğulanıb ki, müstəqilliyimizin 20-ci ildönümü ilə əlaqədar rayon futbol turnirində YAP Yevlax rayon təşkilatının gənclər birliyinin komandası 3-cü yerə layiq görülüb. Komandanın üzvlərinə fəxri fərmanlar təqdim edilib. Toplantıda, həmçinin, YAP-ın gənc və fəal üzvü olan yevlaxlı gənc Tural Sadıqlının world-az.com saytının təqdimatı da keçirilib.


R.Rəsulov

Digər xəbərlər