PDF Oxu

Sosial

  • 34

“Hüseyn Cavidin Ev Muzeyi -30”

“Hüseyn Cavidin Ev Muzeyi -30”

26 noyabr 2011-ci il tarixdə Azərbaycanın görkəmli şairi və dramaturqu Hüseyn Cavidin Naxçıvandakı Ev Muzeyində muzeyin yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilibdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 1-ci dövründə -1981-ci il iyul ayının 21-də dahi şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qəbul etdiyi qərara əsasən şair-dramaturqun 1919-cu ilə qədər fasilələrlə yaşadığı Naxçıvandakı qədim Əlixan məhəlləsində, Bazar çayının kənarındakı evdə ev-muzeyi yaradılıbdır.

30 il əvvəl verilən bir qərar Azərbaycan ədəbi-mədəni fikr tarixində xüsusi yeri olan Muxtar Respublikanın mədəniyyət ocaqlarının sırasına daha bir müqəddəs ocaq - Hüseyn Cavidin ev -muzeyini əlavə etdi. Cavid əfəndinin ev- muzeyi oldu.

Keçirilən yığıncaqdan əvvəl tədbir iştirakçıları böyük şairin məqbərəsini ziyarət edib, gül, çiçək dəstələri qoyublar.

Sonra tədbir ev-muzeyində davam edibdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm naziri Sarvan İbrahimov açaraq kommunist rejiminin tüğyan etdiyi bir vaxtda ulu öndər Heydər Əliyevin böyük şairin cənazəsinin qalıqlarını uzaq Sibirdən doğma Vətəni Naxçıvana gətirilməsində atdığı cəsarətli addımdan söhbət açıbdır.

Muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasnın Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov ev -muzeyin 30 illik fəaliyyəti haqqında geniş məruzə edibdir.

Yazıçı-publisist Əbülfəz Əsgərli, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin sədri Rövşən Hüseynov, "Turan Cavid qadın mərkəzi ictimai birliyi"nin sədri Sevda Cəfərova, filologiya elmləri namizədi, NDU-nun müəllimi Xanəli Kərimli və Məmməd Səid Ordubadi adına Mərkəzi Kitabxananın şöbə müdiri Südabə Süleymanova çıxış ediblər.

Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm nazirinin müavini Məhəmməd Həsənov təbrik sözü söyləyibdir.

Sonda ev-muzeyinə və muzeyin bir qrup əməkdaşlarına Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Naxçıvan MR Komitəsinin və "Turan Cavid qadın mərkəzi ictimai birliyi"nin fəxri fərmanları təqdim olunubdur.

Tədbirdən sonra muzey ekspozisiyasına baxış olubdur.

Digər xəbərlər