PDF Oxu

Sosial

  • 25

Təkrar və əlavə bələdiyyə seçkiləri uğurla sona yetdi

Təkrar və əlavə bələdiyyə seçkiləri uğurla sona yetdi

30 noyabr tarixində respublika ərazisinin bir sıra yerlərində olduğu kimi, 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə Əmircan bələdiyyəsinə də təkrar və əlavə bələdiyyə seçkiləri keçirildi. Qeyd edək ki, 32 saylı Suraxanı üçüncü seçki dairəsində 18 min 11 nəfər seçici qeydə alınıb. 14 məntəqədə 4 namizəd 1 yer uğrunda bu prosesə qoşulubdu.

Azərbaycanda keçirilən bütün seçkilərdə olduğu kimi, bu dəfə də bələdiyyə seçkiləri beynəlxalq standartlara uyğun keçirildi. Bu seçkilərə hazırlıq səviyyəsinini yüksək olması ilə əlaqədardır. Bundan əvvəlki seçkilərdə olduğu kimi, yenə də demokratik seçki prinsipləri əsas götürülmüşdü. Bu, bələdiyyə seçkilərinin ədalətli və şəffaf keçirilməsinə şərait yaratmışdır. Bunu seçki məntəqələrində olarkən sezməmək mümkün deyildi. Bütövlükdə isə seçici, müşahidəçilər və başqalarının fikir və rəyləri deməyə əsas verir ki, 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə Əmircan bələdiyyəsinə keçirilən seçkilər olduqca yüksək səviyyədə keçirildi. Seçki prosesində seçici fəallığını qeyd etmək lazımdır.

32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə 1 saylı məntəqədə müşahidəçi olan Sevil Məmmədsalahova bələdiyyə seçkilərinin demokratik, ədalətli və şəffaf keçirildiyini bildirdi. Onun sözlərinə görə seçicilər artıq seçki ilə bağlı kifayət qədər məlumatlı olduqlarından heç bir qanun pozuntusu qeydə alınmayıb. Seçicilər tam demokratik şəraitdə öz hüquqlarından istifadə edirlər. Məntəqədə müşahidəçi olan Günel Məmmədova isə səsvermə ərəfəsində hər hansı bir qayda pozuntusu qeydə alınmadığını və seçicilərin tam demokratik, normal şəraitdə səs verdiklərini bildirdi.

32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə 5 saylı seçki məntəqəsində 1470 seçici qeydə alınıb. Məntəqədə olarkən, artıq 300-dən artıq seçici səs vermişdir. Müşahidəçi olan Ülkər Həsənova təkrar və əlavə bələdiyyə seçkilərinin tam demokratik və şəffaf şəraitdə keçirildiyini və müşahidəçilər və seçicilər üçün olduqca demokratik və əlverişli şərait yaradıldığını qeyd etdi.

32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə 11 saylı seçki məntəqəsində qeydə alınan 1345 seçicidən saat 15:00 qədər 370-i məntəqələrə gələrək, namizədinə səs vermişdir. Məntəqənin sədri Ceyran Novruzova 11 saylı seçki məntəqəsində seçkilərin təşkilinə və seçicilərin fəallığına görə hər zaman nümunəvi məntəqə olduğunu bildirdi: "Bugünkü təkrar və əlavə bələdiyyə seçkiləri də yüksək səviyyədə təşkil olunub və seçicilərə səsvermə hüquqlarından istifadə etmələri üçün tam ədalətli, demokratik və şəffaf şərait yaradılıb. Məhz buna görə də yüksək seçici fəallığı müşahidə olunur ki, bu da olduqca sevindirici və təqdirəlayiq haldır." Ümumi müşahidələr və müşahidəçilərin nəzarəti altında baş tutan seçki bütün demokratik prinsiplər əsasında baş tutdu.


NƏZAKƏT

Digər xəbərlər