gücləndirilməsi üçün geniş imkanlar yaratmışdır. Respublika rəhbərliyinin yüksək siyasi dəstəyi ilə aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla, keyfiyyətli dərman vasitələri ilə təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı işlər davam etdirilir. Yeni tikilən, yaxud da əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilən tibb ocaqlarının sayı durmadan artır. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən hər bir tibb müəssisəsi yeni meyarlara cavab verir. Belə ki, 3 saylı Uşaq Xəstəxanası, 3 saylı Uşaq Poliklinikası, 1 saylı Psixiatriya Xəstəxanasının yeni korpusunun və 3 saylı Şəhər Klinik Xəstəxanasının nəzdində yeni yaradılmış Psixosomatika şöbəsinin əhalini istifadəsinə verilməsi artıq Azərbaycan səhiyyəsi ilə bağlı reallıqları özündə ehtiva edən reallıqlardır. Açılışları olan müəssisələrin hər biri ən müasir avadanlıqla təchiz olunmuş, burada operativ, yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hərtərəfli imkanlar yaradılmışdır. Minlərlə əhaliyə xidmət edəcək müəssisələr kimi bu tibb ocaqlarında da yaradılmış şərait müraciət edənlərə daha effektiv tibbi yardım göstərməyə imkan verir.
Paytaxtımızda istifadəyə verilən yeni, müasir tipli xəstəxanalarla yanaşı, ölkənin bir sıra rayon və kəndlərində də əhalinin sağlamlığı nəzər alınaraq yeni tibbi müəssiəsələr Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamları əsasında istifadəyə verilir. Müasir dövrümüzdə respublikamızın bütün xəstəxanaları və tibb ocaqları müasir səviyyədə təmir olunur, onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilir. Bu gün respublikanın ən ucqar rayonlarında da müasir tibb ocaqları, diaqnostika mərkəzləri yaradılır. Ölkəmizdə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin regionlarda da inşası Azərbaycan dövlətinin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür. Bu baxımdan, bu ay ərazində istifadəyə verilən tibb müəssisələri sırasında Şəki şəhərindəki Mərkəzi Xəstəxana da var. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan xəstəxana müasir texnologiya və qabaqcıl təcrübə əsasında inşa olunaraq əhalinin istifadəsinə verilib. Xəstəxananın şöbələrində quraşdırılan avadanlıq tibb elminin ən son nailiyyətlərinə əsaslanır. Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına inşa olunan xəstəxanadakı avadanlıq dünyanın aparıcı ölkələrinin istehsalıdır. Bütün bunlar Azərbaycan səhiyyəsinin sürətli inkişaf yolunda olduğunu göstərən amillərdir.
NƏZAKƏT